İdman
Premyer Liqanın ən yaxşı oyunçularından birinin sevgilisi görün kimdir - Foto
“Nottinqem Forest”in yarımmüdafiəçisi Morgan Gibbs-Uayt İngiltərə Premyer Liqasında aprel ayının ən yaxşı futbolçusu seçilib.
Publika.az xəbər verir ki, o, ay ərzində keçirdiyi üç matçda 4 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb. Xüsusilə Bernli ilə oyunda het-trik etməklə diqqət çəkib.
Lakin mayın əvvəlində futbolçu “Çelsi” ilə qarşılaşmada ağır zədə alıb. Robert Sançeslə toqquşma zamanı başından ciddi xəsarət alan Gibbs-Uaytın sifətində burun körpüsündən qaşına qədər uzanan böyük çapıq qalıb.

Zədədən və komandasının UEFA Avropa Liqası yarımfinalında “Aston Villa”ya məğlubiyyətindən sonra ona ən böyük dəstəyi sevgilisi Britni de Vilyers göstərib.
Britni de Vilyers 24 fevral 2000-ci ildə anadan olub. O, futbolçu ilə həmyaşıddır.
Britni hüquq təhsili alıb və sosial şəbəkə profilində Hüquq bakalavrı qeyd olunub. Lakin ixtisası üzrə çalışmır. O, model kimi fəaliyyət göstərir və “Instagram”da 270 min izləyicisi var. Soyadı onun niderland və ya belçika köklərinə malik ola biləcəyini göstərir.

Morqan və Britni 2019-cu ildə tanış olublar. Həmin vaxt hər ikisinin 19 yaşı var idi və futbolçu Vulverhemptonda çıxış edirdi. 2023-cü ildə Gibbs-Uayt gənclər arasında Avropa çempionu olanda Britni Gürcüstandakı tribunalardan ona dəstək verirdi.
Cütlük artıq altı ildir birlikdədir. Mediada onlar tez-tez ər-arvad kimi təqdim olunsa da, toy barədə rəsmi məlumat yoxdur. Onların ilk oğlu Qreyson 8 noyabr 2023-cü ildə, ikinci oğlu Heys isə 8 avqustda dünyaya gəlib.
İndi Gibbs-Uayta “Nottinqem Forest”in matçlarında tribunadan üç nəfər xüsusi azarkeşlik edir.













-
Art00:15Xalq artistinin səhhətində problem yarandı - FOTO
-
Qoroskop00:00Günün ULDUZ FALI - Onlar həyatınıza girə bilərlər
-
Nəqliyyat18 İyun 22:35İldırımlı havaya görə AZAL-ın bu uçuşları LƏĞV OLUNDU
-
Magazin218 İyun 22:12Ali Ağaoğlu 72 yaşında 6-cı dəfə ata olacaq
-
Magazin218 İyun 21:00Türkiyədə daha 8 məşhurun BAŞI DƏRDDƏ
-
Sosial18 İyun 19:24Sabiq başçının oğluna aldığı "Range Rover" BU QİYMƏTƏ SATILDI
-
Kriminal18 İyun 19:12Əvvəl xalası oğlunu bıçaqladı, sonra arvadını öldürdü - Dəhşətli qətlin TƏFƏRRÜATI
-
Dünya18 İyun 17:35ABŞ və İran arasında müharibə bu tarixdə yenidən alovlana bilər - Patrik Uolş





































