Yaxın Şərq
Livan və İsrail arasında atəşkəs 45 gün uzadıldı - Yeniləndi
Livan və İsrail arasında ABŞ-də keçirilən danışıqlarda aprel ayında razılaşdırılmış atəşkəsin daha 45 gün uzadılması barədə qərar qəbul edilib.
Publika.az xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin sözçüsü Tommi Piqot bildirib.
“Amerika Birləşmiş Ştatları 14–15 may tarixlərində İsrail və Livan arasında ikigünlük son dərəcə məhsuldar danışıqlar aparıb. 16 apreldə razılaşdırılmış atəşkəs daha 45 gün uzadılacaq”, - o qeyd edib.
Onun sözlərinə görə, Dövlət Departamenti 2–3 iyun tarixlərində İsrail və Livanla daha bir görüş təşkil etməyi planlaşdırır. Mayın 29-da isə Pentaqonda hər iki ölkənin nümayəndələrinin iştirakı ilə təhlükəsizlik məsələlərinə dair iclas keçiriləcək.
Piqot danışıqların Livan və İsrail arasında uzunmüddətli sülhə gətirib çıxaracağına ümid etdiyini vurğulayıb.
***
Livan və İsrail Vaşinqtonda keçirilən danışıqların üçüncü raundu çərçivəsində təhlükəsizlik sahəsində mümkün uzunmüddətli razılaşmanı müzakirə etməyə başlayıb.
Publika.az xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentindəki mənbə "Al Hadath" telekanalına bildirib.
Mənbənin məlumatına görə, tərəflər nəzərəçarpacaq irəliləyiş əldə ediblər və atəşkəs rejiminin müzakirəsindən digər qarşılıqlı fəaliyyət istiqamətlərinə keçiblər. Bu isə daha geniş razılaşmalar üçün əsas ola bilər.
eyd olunub ki, İsrail qoşunlarının Livan ərazisindən çıxarılması birbaşa "Hizbullah" hərəkatı tərəfindən gələn təhlükənin aradan qaldırılması ilə bağlıdır.
Qeyd edək ki, Livan nümayəndə heyətinə ABŞ-dəki keçmiş səfir Simon Karam rəhbərlik edir, İsrail tərəfini isə Milli Təhlükəsizlik Şurası rəhbərinin müavini Yosef Draznin təmsil edir.
Aprelin 14-də keçirilən birinci danışıqlar raundundan sonra tərəflər aprelin 17-dən etibarən atəşkəs rejiminin tətbiqi barədə razılığa gəliblər. Aprelin 23-də baş tutan ikinci raundun yekunlarına əsasən atəşkəs daha üç həftə uzadılıb.
-
Dünya04:44Ueynrayt hərbi bazasındakı partlayış 4 can aldı - 40 yaxın yaralı var
-
Səhiyyə03:43Qazlı içkilər və fastfud beyni gizli şəkildə belə məhv edir - Araşdırma
-
Dünya01:41Kim Çen Inın lüks yaxtası - Peyk görüntüləri araşdırıldı
-
Qoroskop00:00Günün ULDUZ FALI - Böyük məbləğdə pul daxilolması gözlənilir
-
Magazin118 Oktyabr 22:48Xəyalə Quliyeva övladları ilə - FOTO
-
Avropa18 Oktyabr 22:36Makron iğtişaşlara qarşı tədbir görülməsini tələb etdi
-
Avropa18 Oktyabr 21:48Parisdə iğtişaşlar yenidən alovlandı
-
Magazin218 Oktyabr 21:00Ebru Gündeş səhnəyə həmin 100 min dollarlıq kəmərlə çıxdı - VİDEO



































