İdman
Ulduz futbolçu məşhur aktrisa ilə eşq yaşayır? - FOTOFAKT
Ukraynalı ulduz futbolçu Mixail Mudrik bu dəfə oyunu ilə yox, "Instagram"da yazdığı şərhə görə sosial şəbəkələrin diqqət mərkəzinə düşüb.
Publika.az xəbər verir ki, “Çelsi”nin vingeri tanınmış amerikalı aktrisa Cordin Consun fotosunu bəyənib və paylaşımın altına qısa, lakin kifayət qədər mənalı şərh yazıb: “Çiçəklər sənə yaraşır”.
Aktrisanın reaksiyası gecikməyib. Cordin Mudrikə açıq şəkildə cavab verib: “Vau, təşəkkürlər, əzizim”.

Bir neçə cümlə kifayət edib ki, paylaşımın altında onlarla şərh yaransın. Azarkeşlər futbolçu ilə aktrisa arasında mümkün sevgi macərasını fəal şəkildə müzakirə etməyə başlayıblar. Bəziləri bunu zarafat kimi qəbul edir, digərləri isə hadisələrin gedişini diqqətlə izləyir. Çünki bu cür isti cavab formal təsir bağışlamayıb.
Qeyd edək ki, Mudrik ötən ilin sentyabrında da amerikalı məşhura açıq şəkildə diqqət göstərmişdi. Həmin vaxt Cordin Parisdə Disneylendə kiminlə getmək istədiyini soruşmuşdu.
Xatırladaq ki, Mixail Mudrik 2023-cü ilin yanvarında 70 milyon avroya “Çelsi”yə transfer olunub və indiyədək klubun heyətində 73 oyuna çıxıb. 2024-cü ilin dekabrında qadağan olunmuş maddə üzrə müsbət test verdikdən sonra müvəqqəti olaraq kənarlaşdırılıb, 2025-ci ilin iyununda isə ona rəsmi ittiham irəli sürülüb.

-
Sosial18:24"Renka" saxlanıldı
-
Nida Xəbər 17:40Vardanyana hökm oxundu: 20 il - Yeniləndi
-
Qoroskop16:24Bu gün saat 20:46-da 5 bürcün həyatı dəyişəcək: Möcüzələr olacaq
-
İdman16:00"Qəbələ" "Sabah"la oyunda yaşananlara görə etiraz etdi - Video
-
Nida Xəbər 15:42Vəzifəsini itirmiş Vüqar Qurbanovla bağlı ŞOK İTTİHAM - “İçki aludəçisidir”
-
Səhiyyə13:43Samir Namazov işdən çıxarıldı - Foto
-
Nida Xəbər 13:00Bakıda yanğın olan bina dövlət tərəfindən qorunur? - Rəsmi
-
Sosial12:37Pensiya və müavinətlərlə bağlı qərar verildi



























.jpg)








