İdman
Mourinyo onunla Özilə təlimat çatdırdı: “Sonra bizə qol vurdu”
“Borussiya Dortmund”un keçmiş müdafiəçisi Marsel Şmeltser Joze Mourinyo haqqında danışıb.
Publika.az xəbər verir ki, bu hekayə “Xüsusi”nin kim olduğunu mükəmməl şəkildə təsvir edir.
Şmeltserin sözlərinə görə, bir matçda topu autdan oyuna daxil etməyə hazırlaşarkən Mourinyo qəfildən onun yanında peyda olub. O, sadəcə peyda olmayıb, ciddi şəkildə təlimatlar verməyə başlayıb.
Joze sakitcə dedi: “Mesut Özilin yanına get və ona daha sürətli hərəkət etməli və daha yüksəkdən oynamalı olduğunu de”. Yumşaq desək, Şmeltsr təəccüblənib və heç bir cavab verməyib. Lakin meydana çıxıb Özilə çatanda, portuqaliyalının sözlərini ona çatdırıb.
Ən təəccüblüsü Məsutun reaksiyası olub. O, sadəcə başını tərpədib… sanki tamamilə normal taktiki məsləhət alıb.
Və sonra tortun üstündəki krem gəldi: həmin anda “Borussiya” 2:1 hesabı ilə öndə idi, amma bu epizoddan sonra Özil hesabı bərabərləşdirdi.
Şmeltser hekayəni sadəcə belə şərh edib: “Mourinyo ilə gülməli bir epizod. Amma şübhəsiz ki, gözəl bir futbol hekayəsi”.
-
MDB15:32Putin Məmmədovla Gevorkyanı təltif etdi
-
MDB15:02Ukraynanın ağır dronları 2 min km qət etdi, Uxtanı vurdular: Neft emalı zavodu yanır
-
Nida Xəbər 14:50Hakimiyyəti zorla ələ keçirmək istəyənlərin - TAM SİYAHISI
-
Nida Xəbər 14:18Ramiz Mehdiyev və Abbas Abbasovdan əldə edilən pulları Fuad Qəhrəmanlı belə alıb - Video
-
Nida Xəbər 13:28DTX “Boz kardinal”ın şok səs yazısını yaydı - Video
-
Nida Xəbər 13:12Ramiz Mehdiyevin evindən görün nə qədər pul çıxdı - Video
-
Yaxın Şərq13:10ABŞ çox şey tələb edir, müharibə olacaq - Fidandan xəbərdarlıq
-
Magazin113:03Samirə efirdə bəd xəbər aldı: Təcili getdi - VİDEO






































.jpg)
