Ronaldonun gücü: Boykot etdi, liqa 2,4 milyard itirdi
Bizi izləyin

İdman

Ronaldonun gücü: Boykot etdi, liqa 2,4 milyard itirdi

Səudiyyə Ərəbistanı Futbol Liqası “Əl-Nəsr”in ulduz hücumçusu Kriştiano Ronaldonun boykotu səbəbindən ciddi maliyyə itkiləri ilə üzləşib.

Publika.az xəbər verir ki, “Fox Sports” Səudiyyə Ərəbistanı Liqası ilə tərəfdaşlığına son qoyub və nəticədə 2,4 milyard dollar maliyyə itkisi ilə üzləşib.

Ronaldo 2023-cü ilin yanvar ayından bəri “Əl-Nəsr”də oynayır. Hücumçunun klubla hazırkı müqaviləsi 2027-ci ilin iyun ayının sonunda bitir. Onun transfer dəyəri 12 milyon avro olaraq qiymətləndirilir.

Səudiyyə Ərəbistanı çempionatının cari mövsümündə Kriştiano 18 oyunda iştirak edib, 17 qol vurub və 1 məhsuldar ötürmə edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm