Ekologiya
Gündüz gecəyə dönəcək: tarixi hadisənin vaxtı bəlli oldu
Dünya miqyasında böyük həyəcan yaradan tam Günəş tutulması yaxınlaşır. Bu hadisə zamanı Ay Günəşin qarşısını tamamilə kəsəcək və bəzi bölgələrdə hava bir neçə dəqiqəlik zifiri qaranlığa qərq olacaq.
Publika.az xəbər verir ki, bu tarixi hadisə 2026-cı ilin avqust ayında baş tutacaq. Tam tutulma anında Günəşin ətrafında yalnız "tac" (corona) təbəqəsi görünəcək və bu, vizual olaraq möhtəşəm bir mənzərə yaradacaq.
Tutulma geniş bir coğrafiyanı əhatə etsə də, tam qaranlıq zolağı xüsusilə Avropa ölkələrindən (İspaniya, İslandiya, Portuqaliya) keçəcək. Şimali Amerika və Rusiyanın bəzi hissələrindən də bu hadisəni qismən müşahidə etmək mümkün olacaq.
Tam tutulma anında temperatur birdən-birə bir neçə dərəcə düşəcək, quşlar və digər heyvanlar gecə olduğunu zənn edərək səssizləşəcək və ya yuvalarına çəkiləcəklər. Göy üzündə parlaq ulduzlar və planetlər görünməyə başlayacaq. Bu halın bir neçə dəqiqə davam edəcəyi gözlənilir.
Alimlər və mütəxəssislər xəbərdarlıq edir ki, Günəş tutulmasına adi gözlə və ya adi günəş eynəkləri ilə baxmaq göz sağlamlığı üçün ciddi risklər yaradır. Mütləq xüsusi ISO sertifikatlı tutulma eynəkləri istifadə edilməlidir. (Milli.az)
-
Dünya00:05İran İsrailə hava zərbələri endirdi
-
Cənubi Qafqaz7 İyun 21:15Paşinyanın partiyası seçkilərdə səslərin neçə faizini topladı? - Ekzit-poll nəticələri
-
Dünya7 İyun 19:13Bu, hər kəs üçün qlobal kabusa çevriləcək - Hakan Fidan
-
Hadisə7 İyun 18:12Azərbaycanda zəlzələ oldu
-
Sosial7 İyun 17:44Azyaşlının əlillik müavinəti hər il kəsilir - VİDEO
-
Magazin27 İyun 17:06Aleyna Solaker Berkə ərə gedir
-
Digər7 İyun 16:03Əfqanıstanda çadra əvəzinə hicab geyinənlərə qarşı reyd keçirildi
-
Region7 İyun 15:45Revanşist Baqrat da fəallaşdı - Arxiyepiskopdan xalqa çağırış












.jpg)

























