Səhiyyə
Yeni pandemiya gəlir? - ÜST "Nipah"dan ilk ölüm hadisəsini qeydə aldı
Banqladeşin şimalında "Nipah" virusuna yoluxmuş bir qadın ölüb.
Publika.az xəbər verir ki, bu barədə "The İndependent" məlumat yayıb. Qeyd edilib ki, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) qadının ölümünü təsdiqləyib.
Xəstədə ilk simptomlar 21 yanvarda ortaya çıxıb. Xəstəlik qızdırma, qıcolmalar və güclü baş ağrısı ilə müşayiət olunub və ardınca isə dezorientasiya, həddindən artıq tüpürcək ifrazı müşahidə edilib. Qadın bütün bu simptomlardan bir həftə sonra ölüb. Diaqnozu ölümdən sonra tam şəkildə təsdiqlənib. Xəstə ilə təmasda olan otuz beş nəfər hazırda nəzarət altındadır. Onların test nəticələri mənfi çıxıb. Yeni yoluxma halları isə aşkarlanmayıb.
Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, "Nipah" virusu infeksiyası donuz və meyvə yarasası kimi heyvanlardan insanlara ötürülən "heyvan mənşəli xəstəlikdir". O, həmçinin çirklənmiş qida ilə və yoluxmuş şəxsdən də keçə bilər.
Xəstəlik demək olar ki, hər il Asiyanın bəzi bölgələrində, ilk növbədə Banqladeş və Hindistanda baş verir.
Adətən,ölümcül olan bu virusun hələ də nə peyvəndi, nə də müalicəsi var.
Dünya Səhiyyə Təşkilatı (ÜST) "Nipah" virusunu "Ebola", "Zik"a və "Covid-19" ilə yanaşı, qlobal epidemiya yaratma potensialına görə araşdırılması prioritet olan xəstəliklər siyahısına daxil edib.
Tural
-
ABŞ01:43ABŞ-da bütün hava limanlarında uçuşlar dayandırıldı - Təcili qərar
-
Qoroskop00:45Günün ulduz falı: Qısa səfər planları gündəmə gələ bilər
-
Kriminal13 Noyabr 23:35Azərbaycanda zavodda qanlı olay: 54 yaşlı kişi bıçaqlandı
-
İdman13 Noyabr 21:26Gürcünü döyən Nurməhəmmədov və dostları həbs edildilər
-
Kriminal13 Noyabr 19:50Süni intellektlə hazırladığı görüntülərlə tələbələri şantaj etdi, saxlanıldı - Video
-
ABŞ13 Noyabr 17:18Tramp Vensi İran danışıqlarından kənarlaşdırdı - Səlahiyyətləri dəyişdirildi
-
Sosial13 Noyabr 15:24Arif Mirzəyevin nəşi Azərbaycana gətirilir
-
MDB13 Noyabr 14:36Moskvada jurnalistin avtomobili partladıldı - Yanukoviçin adamıdır













.png)























