İdman
“Qəbələ”nin yeni transferi: “Daha çətin olacağını gözləyirdim”
Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan “Qəbələ”nin ukraynalı futbolçusu Aleksey Qay hazırlıq prosesi barədə fikirlərini açıqlayıb.
Publika.az xəbər verir ki, yarımmüdafiəçi Türkiyənin “Əskişəhərspor” klubu ilə qarşılaşmadan sonra fikirlərini bölüşüb:
“Keçirdiyimiz yoxlama oyunlarında nəticə deyil, məşqçinin komandaya aşılamaq istədiyi oyun sxemi ön sırada durur. İndiki matçlarımız təhlil üçün əsas verir. Bu da gələcəkdə daha güclü çıxış etməyimizə səbəb olmalıdır. Lakin hələ çox çalışmalıyıq”.
Qay bildirib ki, “qırmızı-qaralar”a Antalya toplanışında qatılsa da, yeni komandaya gözlədiyindən də asan uyğunlaşıb:
“Qəbələ”yə uyğunlaşmaqda heç bir çətinlik olmadı. Bu prosesin daha çətin olacağını gözləyirdim. Lakin burada məni çox isti qarşıladılar. Bütün komanda üzvlərinin arasında qarşılıqlı hörmət olan yerdə uyğunlaşma ilə bağlı da çətinlik ola bilməz. Belə olanda biz futbolçulara yalnız yaxşı oynamaq və qalib gəlmək qalır”.
-
Ekologiya02:00
Güclü maqnit qasırğası başladı - Nələr olacaq?
-
İdman01:10
Mbappe gedəcəyini elan etdi - Bu oyunda vida mərasimi olacaq
-
Qoroskop00:43
Günün qoroskopu: planlar pozulacaq - Bunları edin!
-
İdman10 May 23:46
Lalə Kramarenko: Azərbaycanın təklifini qəbul etmək xəyanət olar
-
Sosial10 May 23:34
Dünya rekordçusu olan laçınlı nənə Heydər Əliyevlə bağlı xatirələrini bölüşdü - VİDEO
-
Ekologiya10 May 23:10
Günəşdə 25 ilin ən güclü partlayışı baş verdi
-
Art10 May 22:21
Murad Muradov süni nəfəs aparatına qoşulub - YENİLƏNDİ
-
Elm və təhsil10 May 22:00
Abituriyentlərin NƏZƏRİNƏ: nəticələr elan olundu