İdman
6 il həb və iynələrlə oynayıb: Günlərlə əlil arabasında qalır
“Mançester Yunayted”in keçmiş müdafiəçisi Rio Ferdinand oyunçu karyerası ərzində aldığı zədələrin yaratdığı sağlamlıq problemləri barədə danışıb.
Publika.az xəbər verir ki, “Men’s Health” Ferdinandın sözlərini sitat gətirib:
“Uzun müddətdir ki, bel ağrım var. Bu, aldığım zədələrin nəticəsidir. Altı il həb və iynələrlə oynadım. Bu, mənə çox pis təsir etdi. Bəzən belim o qədər ağrıyır ki, günlərlə xəstəxanada və ya əlil arabasında qalıram. Ağrının birdən-birə necə asanlıqla yarana bilməsi heyrətamizdir.
Zədəni bərpa etmək əvəzinə, əsas məsələ zədənin baş verməsindən əvvəl qarşısını almaqdır. Nəhayət ki, bunu anladım. Amma mənim 47 yaşım var, bunu anlamaq üçün çox vaxt lazım oldu”.
Ferdinand “Mançester Yunayted”dən əlavə, “Vest Hem”, “Bornmut”, “Lids” və “Kvins Park Reyncers” kimi klublarda da oynayıb. Ferdinand İngiltərə millisində 81 oyun keçirib və üç qol vurub.
-
Səhiyyə06:46Bu hal 3 gündən artıq davam edərsə... - Nazirlikdən virus infeksiyası ilə bağlı xəbərdarlıq
-
Magazin105:45Elza, cahilliyimizi bağışla - Brilliant Dadaşova üzr istədi
-
Magazin203:43Məşhur aktyor 48 yaşında vəfat etdi
-
Qoroskop01:40Günün ulduz falı: Pul məsələlərində səbrli olun!
-
ABŞ11 Fevral 23:55Ağ Evdə Netanyahu-Tramp görüşü: 3 saat İranı müzakirə etdilər - Yeniləndi
-
Hadisə11 Fevral 22:06Azərbaycanda ana 40 günlük körpəsindən imtina etdi
-
Nida Xəbər 11 Fevral 21:00Həyat yoldaşını Bakı aeroportunda buna görə öpübmüş - Video
-
Elm və təhsil11 Fevral 20:12Bu şagirdlər 11-ci sinifdə buraxılış imtahanını yeni formatda verəcəklər








.jpg)







.jpg)

















