İdman
Məşhur klubun qadın formaları ilə bağlı qalmaqal: Cinsi istismar olunurlar?
“Roma”nın qadın komandasının ətrafında matçlardan sonra oyun formalarının satışı ilə bağlı qalmaqal yaranıb.
Publika.az xəbər verir ki, “OneFootball”-un məlumatına görə, azarkeşlər futbolçuların formalarının ayrı-ayrı hissələrinə şübhəli dərəcədə yüksək maraq göstərilməsindən narazıdırlar.
Forma nümunələrini tam qanuni şəkildə, klublarla əməkdaşlıq edən xüsusi “MatchWornShirt” platforması vasitəsilə əldə etmək mümkündür. Matçlardan sonra xidmətin nümayəndəsi oyunçuların imzalı dəstlərini toplayır və onlar hərraca çıxarılır. Lotu ən yüksək məbləğ təklif edən şəxs qazanır.
Lakin azarkeşlərin diqqətini bir məqam cəlb edib: “Roma” futbolçularının şortları futbolkalarla müqayisədə altı dəfə baha qiymətə satılıb. Bu isə sosial şəbəkələrdə tənqid dalğasına səbəb olub. Azarkeşlərin bir qismi bu tendensiyanın idmançı qadınların seksualizasiyası kimi göründüyünü bildirib.
Əlavə narazılıq doğuran məqam isə kolleksiyaçıların daha çox gənc oyunçuların formalarına yüksək məbləğ təklif etməsi, təcrübəli futbolçuların formalarına isə marağın nisbətən zəif olmasıdır. Bəzi hallarda bir lot üçün təklif olunan məbləğ 500 avroya qədər yüksəlib.
-
Hadisə06:16Bu rayonda bir gecədə 10 nəfər xəstəxanalıq oldu - Nə baş verir?
-
Dünya03:43ABŞ təyyarəsi belə vurulub - Anbaan video
-
Dünya02:18Bu ölkədə güclü zəlzələ oldu: 8 nəfər öldü - Yeniləndi
-
Qoroskop01:40Günün ulduz falı: şüuraltınız sizə mühüm mesajlar verəcək
-
Dünya3 Aprel 23:35BƏƏ-də Habşan qaz strukturuna hücum: Ölən və yaralananlar var
-
İdman3 Aprel 22:22“Qarabağ” - “Sabah” matçında maraqlı hadisə - Video
-
İdman3 Aprel 21:00Azərbaycanda klub prezidenti azarkeşləri üsyana çağırdı: Heç kim səssiz qalmasın! - Video
-
Dünya3 Aprel 20:00ABŞ və İsrail Xarq adasına hücum etdi: ölən var

































