Region
İrana qarşı yeni mərhələ - Raketlər hazır vəziyyətə gətirildi
İranla artan gərginlik fonunda ABŞ-ın Yaxın Şərqdəki hərbi aktivliyi yeni mərhələyə qədəm qoyub.
Publika.az xəbər verir ki, "Reuters" agentliyinin peyk görüntülərinə istinadən yaydığı məlumatda bölgədəki strateji bazalarda ciddi yerdəyişmələr qeydə alınıb.
Məlumata görə, ABŞ ordusu Qətərdə yerləşən və bölgədəki ən böyük Amerika bazası sayılan Əl-Udeyd bazasında mobil buraxılış qurğularına raketlər yerləşdirib. Yanvar ayında həyata keçirilən bu addım, raket sistemlərinin daha sürətli manevr etməsinə və hər hansı təhlükəyə anında cavab verməsinə imkan yaradır.
Bundan başqa, fevral ayında hərbi hazırlıqların miqyası daha da genişlənib:
- Əl-Udeyd (Qətər): Təyyarələrin sayında və hərəkətliliyində artım müşahidə olunub.
- Müvəffəq Salti (İordaniya): Bu hava bazasında da hərbi təyyarələrin cəmləşməsi (yığılması) peyk kadrlarında əks olunub.
ABŞ Prezidenti Donald Tramp isə bu prosesləri dəstəkləyən bəyanatla çıxış edərək, Vaşinqtonun İrana qarşı çəkindirici gücü artırmaq məqsədilə bölgəyə ikinci bir aviadaşıyıcı qrup göndərə biləcəyini istisna etməyib.
Hüseyn İbadlı
-
Qoroskop01:20Günün ulduz falı: romantik anlar yaşanacaq
-
Sosial15 May 23:35Azərbaycanda pensiyalarla bağlı yenilik
-
Sosial15 May 22:04Bu qadağanı pozanları həm inzibati, həm də cinayət məsuliyyəti gözləyir - Xəbərdarlıq
-
Sosial15 May 20:48Bakıda yeni park salınır: 49,5 milyon manata başa gələcək - Bəzi tikililər söküləcək
-
İnanc15 May 20:12Bayram namazının vaxtı açıqlandı
-
Nəqliyyat15 May 18:20Bu yolda çökmə oldu: sürücülərin nəzərinə!
-
Sosial15 May 17:52Yer kürəsində dalğalanma başladı: Təhlükəli saatlarla bağlı xəbərdarlıq edildi
-
Sosial15 May 16:26Əsgəran Silah Muzeyi yaradılır












.jpg)

.jpg)
.jpg)
.jpg)
.webp)















.jpg)



