İdman
Ardanın keçmiş məşqçisindən şok açıqlama: Onu “Real”da kimlər sıxışdırır?
“Real”ın yarımüdafiəçisi Arda Gülərin skautu və keçmiş məşqçisi Serhat Pekmezci şok açıqlama verib.
Publika.az xəbər verir ki, o, Türkiyə mətbuatına verdiyi müsahibədə 20 yaşlı futbolçunun Madrid klubunda psixoloji təzyiqlə üzləşdiyini bildirib. Onun sözlərinə görə, komandada bəzi oyunçular Ardanı hələ də qəbul etmir:
“Müəyyən futbolçular tərəfindən maraqlı davranışlar var. Ardanı hələ də qəbul edə bilməyən bir qrup mövcuddur. Təəssüf ki, bunlar çox böyük eqoya sahib oyunçulardır. “Real” meqaklub olsa da, Arda Gülər bullinqdən əziyyət çəkir”.
Pekmezci qeyd edib ki, futbolçu ona birbaşa şikayət etməsə də, vəziyyətin belə ola biləcəyini əvvəldən bilirdi:
“O, mənə konkret olaraq şikayət etməyib, amma bunun baş verəcəyini bilirdi. Mən də ona təxribatlara uymamağı tövsiyə etdim. Arda çox səbirli biridir, lakin artıq üsyan etməyə başlayıb”.
Mütəxəssis həmçinin iddia edib ki, yaxın zamanda Yurgen Klopp klub prezidenti Florentino Peres ilə söhbətində bəzi futbolçuların komandadan ayrılmalı olduğunu bildirib. Serhat Pekmezcinin sözlərinə görə, məhz bəzi oyunçuların davranışları səbəbindən Xabi Alonso da klubdan ayrılıb. Eyni problemi Alvaro Arbeloa da yaşayır.
Heybət
-
İdman10:24Vinisiusun sevgilisi Braziliya karnavalını geyimi ilə fəth etdi - FOTOLAR
-
İdman09:48Ardanın keçmiş məşqçisindən şok açıqlama: Onu “Real”da kimlər sıxışdırır?
-
ABŞ09:12Səhiyyə nazirindən şok etiraf: Unitaz oturacağından kokain iyləmişəm
-
İKT09:00Məşhur "Apple" cihazları satışdan çıxarılır - Siyahı
-
Səhiyyə07:30Ürək problemlərinin ilk simptomları - Ağrı alt çənəyə yayıla bilir
-
Pul03:43Avro ucuzlaşdı, dollar isə...
-
Qoroskop00:15Bu da Mələkxanım Eyubovanın böyük qızı - FOTO
-
Qoroskop00:00Günün ulduz falı - Bu, sizin ruhunuzun qərarıdır







.webp)










.jpg)







.jpg)








.jpg)



