Dünya
20 illik Ərdoğan dövrü: ABŞ Türkiyə ilə bağlı görün hansı detalları açıqladı
ABŞ-ın "The National Interest" nəşrində Türkiyənin son iyirmi ildəki siyasi və iqtisadi transformasiyası araşdırılıb.
Publika.az xəbər verir ki, Robert Ellisin yazdığı təhlildə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın 20 ildən çox hakimiyyətdə olması araşdırılıb.
Məqalədə iqtisadiyyat, məhkəmə prosesləri, müxalifətə təzyiq və gənclərin gələcəklə bağlı təsəvvürləri yer alıb. İddia edilib ki, Ərdoğanın rəhbərliyi altındakı dövr həm infrastruktur, həm də müdafiə sənayesi investisiyaları, eləcə də demokratik tənəzzül iddiaları baxımından ziddiyyətli bir mənzərə təqdim edir. Təhlil 2001-ci il böhranından sonra AKP-nin ilk illərində yaşanan iqtisadi bərpaya diqqət çəkir.
2018-ci ildən sonra iqtisadi idarəetmədə dəyişiklik və artan inflyasiya təhlildə əsas tənqidlər arasında olub. Ellis 2007-ci ildən sonra başlayan "Ergenekon" və "Balyoz" məhkəmələrinə də yer ayırıb. Bu proseslərin əvvəlcə çevriliş planları bəhanəsi ilə aparıldığı, lakin sonradan dəlillərin şübhə altına alındığı bildirilib. 2016-cı il çevriliş cəhdindən sonra geniş yayılmış təmizləmələrin dövlət strukturunda daimi dəyişikliklərə səbəb olduğu bildirilib.
Sonda İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğluya qarşı davam edən məhkəmə prosesinə diqqət çəkilərək, bunun siyasi rəqabət baxımından vacib olduğu vurğulanıb. CHP lideri Özgür Özel və bəzi bələdiyyə başçılarına qarşı aparılan istintaqlar da təhlilə daxil edilib.
Məqalədə AK Partiya dövründə iqtisadi və sosial güc balansındakı dəyişiklik və "Anadolu Pələngləri" adlandırılan mühafizəkar sənaye dairələrinin yüksəlişi Türkiyənin yeni orta təbəqə strukturunun göstəricisi kimi qiymətləndirilib. Hicab qadağasının qaldırılması və mühafizəkar seqmentin ictimai həyatda daha çox görünməsi də bu transformasiyada mühüm addımlar kimi qeyd edilib.
Ellis, həmçinin Ərdoğanın 20 ildən çox davam edən hakimiyyətini demokratik standartlar, iqtisadi siyasət və ictimai gözləntilər, eləcə də müdafiə sənayesindəki infrastruktur investisiyaları və irəliləyişlər baxımından təhlil edib.
Roza
-
Nida Xəbər 17:51Bayramov Fidanla İranın Naxçıvana hücumunu müzakirə etdi - Yeniləndi
-
Nida Xəbər 17:45Türkiyə XİN İranın Naxçıvana hücumu ilə bağlı bəyanat yaydı
-
Rəsmi xronika16:42Cavab tədbirləri hazırlansın və həyata keçirilsin - İlham Əliyev
-
Rəsmi xronika16:25Prezidentdən sərt xəbərdarlıq: İran bunu unutmasın!
-
Rəsmi xronika16:17İlham Əliyevin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirildi
-
Nida Xəbər 15:40SEPAH rəsmən elan etdi - Naxçıvanı biz vurmuşuq
-
Sosial15:04Görün Rusiyada süpürgəçilər nə qədər maaş alır
-
Nida Xəbər 14:48Azərbaycanla Ermənistan sülh müqaviləsini nə vaxt bağlayacaq? - Paşinyan sevinir ki...






















.jpg)




.jpg)






