Səhiyyə
Ağciyər xərçənginin gizli əlaməti - Barmaqlar arasında boşluq yoxdursa...
Tibb mütəxəssisləri əl barmaqlarının formasının dəyişməsinin ağciyər xərçənginin əlaməti ola biləcəyini bəyan ediblər.
Publika.az xəbər verir ki, bu barədə Britaniyanın "The Mirror" qəzeti Roy Kasl Ağciyər Xərçəngi ilə Mübarizə Fonduna istinadla məlumat yayıb.
Mütəxəssislərin sözlərinə görə, ağciyər xərçəngini erkən mərhələdə müəyyən etməyə kömək edən və potensial olaraq həyat qurtara biləcək sadə bir test mövcuddur.
Bu test sağ və sol əlin barmaq dırnaqlarını uc-uca bir-biri ilə tutuşduraraq onları bir-birinə sıxmaqdan ibarətdir.
Fotodakı kimi:

Normal halda barmaqlar arasında romb şəklində kiçik bir boşluq yaranmalıdır. Əgər bu boşluq yoxdursa, bu, barmaqların son falanqalarının qalınlaşmasından xəbər verə bilər. Belə simptom qeyri-kiçik hüceyrəli ağciyər xərçəngi olan xəstələrin 35%-də, kiçik hüceyrəli ağciyər xərçəngi olanların isə 4%-də müşahidə olunur.
Məqalədə vurğulanır ki, bu testin müsbət nəticəsi mütləq bədxassəli şişin olması demək deyil, lakin mütəxəssislər barmaqların formasında dəyişiklik yarandıqda həkimə müraciət etməyi tövsiyə edirlər.
Hüseyn İbadlı
-
Qoroskop00:00Günün ULDUZ FALI - İçinizdəki dahi üzə çıxmaq üçün can atır
-
Magazin213 Oktyabr 22:36Tom Kruz karyerasının ən böyük uğursuzluğu ilə üzləşir
-
Art13 Oktyabr 22:24Alyona Əliyeva "44" bədii filminin premyerasından paylaşım etdi - FOTO
-
Avropa13 Oktyabr 22:12Papa əməliyyat olundu
-
Art13 Oktyabr 21:48Elxan Müzəffərov vəfat etdi - FOTO
-
Səhiyyə13 Oktyabr 21:36Beyində 539 bölgənin gizli xəritəsi aşkar edildi
-
ABŞ13 Oktyabr 21:12İlon Maskın sevinci cəmi 4 gün çəkdi
-
Art13 Oktyabr 19:36Leyla Əliyeva “44”ün təqdimat mərasimindən paylaşım etdi - VİDEO

































