İdman
Beynəlxalq döyüş gecəsi: Elvin Kamillidən möhtəşəm qələbə - Foto
Fevralın 14-də Gürcüstanın Batumi şəhərində döyüş idmanları üzrə beynəlxalq turnirə start verilib.
Publika.az "Report"a istinadla xəbər verir ki, yarış "Georgian Fighting Championship" (GFC) və "Grand Bellagio Championship"in birgə təşkilatçılığı ilə keçirilir.
Döyüş gecəsi yerli vaxtla saat 20:00-da başlayıb. Turnir çərçivəsində müxtəlif çəki dərəcələrində ümumilikdə 10 döyüş nəzərdə tutulub. Yarışda Azərbaycan, Gürcüstan, Özbəkistan, Portuqaliya, Türkiyə, İsrail, Braziliya, Qazaxıstan və İsveçdən olan idmançılar qüvvələrini sınayırlar.
Gecənin 3-cü döyüşündə Sandro Datanaşvili ilə Elvin Kamilli üz-üzə gəlib. Qarşılaşmada Elvin Kamilli rəqibini məğlub edərək Azərbaycana qələbə qazandırıb. Turnir hazırda davam edir və bu döyüş gecəsində Azərbaycanı ümumilikdə 3 idmançı təmsil edir.
Gürcüstanda yaşayan, Azərbaycan və Gürcüstanı beynəlxalq arenalarda təmsil edən, kikboksinq üzrə 7 qat dünya və 3 qat Avropa çempionu Alim Nəbiyevin braziliyalı rəqibi ilə döyüşü də proqramda yer alır. Onun qarşılaşması azarkeşlər tərəfindən böyük səbirsizliklə gözlənilir.
Azərbaycanı təmsil edən idmançılardan biri də 27 yaşlı Tural Əsgərovdur. İndiyədək keçirdiyi döyüşlərdə 4 qələbə və 3 məğlubiyyət əldə edən Tural Əsgərov "Ruslan" klubunun üzvüdür və Bakı şəhərini təmsil edir.
Tədbiri izləmək üçün Azərbaycandan bir sıra tanınmış idmançılar və məşqçilər, həmçinin Azərbaycanın Gürcüstandakı səfirliyi və konsulluğunun nümayəndələri, eləcə də yerli icma təmsilçiləri Batumi şəhərinə səfər ediblər.
-
Rəsmi xronika15:18İlham Əliyev sərəncam imzaladı
-
Dünya14:58Türkiyə müharibəyə hazırlaşır: Orduya görün hansı tapşırıq verildi
-
İdman14:28Ulduz futbolçu kubokları bu gözəllə birlikdə qazanır - FOTOLAR
-
Magazin114:15Toya 700 qonaq çağırıb: Gəlininə nə hədiyyə edəcək?
-
İqtisadi gündəm13:16Qiymət artımını necə dayandırmaq olar? - Deputat açıqladı
-
Yaxın Şərq12:40Çindən İrana həlledici zəng: Bunu etməlisiniz!
-
Dünya11:52Qətliam törədən yeniyetmələri birləşdirən ŞOK DETAL - Hər ikisi...
-
Hadisə10:33Bu yolda qaya uçdu: Hərəkət dayandı




































