İdman
8:0 hesablı qələbədən sonra qovuldu
Braziliyanın "Flamenqo" klubu gözlənilməz qərar verib.
Publika.az xəbər verir ki, "qara-qırmızılar" komandanın baş məşqçisi Filipe Luis ilə yolları ayırıb.
Xəbər “Madureyra” üzərində Karioka çempionatının yarımfinalında qazanılan 8:0 hesablı darmadağın qələbədən dərhal sonra yayılıb və bu qərar onun üçün gözlənilməz olub.
"Globo"nun məlumatına görə, qərar start fitindən əvvəl qəbul edilib. Heç bir xəbərdarlıq və ya izahat verilməyib. Klub prezidenti Bap idman direktoru Jose Botoya tapşırıb ki, oyundan sonra keçirilən qısa görüşdə baş məşqçiyə istefa qərarını çatdırsın.
Direktorlar şurası mövsümün zəif başlanğıcı fonunda belə addımı nəzərdən keçirib. Rəhbərlik oyunun keyfiyyətindən narazı olub, məşqçilər heyəti və futbolçular qarşısında tələbləri sərtləşdirib. Son aylarda baş məşqçi, prezident və Boto arasında münasibətlər gərginləşib. Bu, müqavilənin 2027-ci ilə qədər uzadılmasına baxmayaraq baş verib.
İndi "Flamenqo" Karioka finalında “Fluminense”yə qarşı oyun ərəfəsində təcili şəkildə yeni baş məşqçi axtarır. Namizədlər arasında Leonardo Jardim də var və o, artıq Braziliyadadır.
Filipe Luis cəmi bir il ərzində U-17 komandasının məşqçisindən Braziliya Kuboku, Superkubok, Karioka çempionluğu və Libertadores Kubokunun qalibinə çevrilib. Sonda isə 8:0 hesablı qələbədən dərhal sonra istefaya göndərilib.
Heybət
-
MDB14:08Korrupsiya qalmaqalı böyüyür: Pəncərədən 8 çamadan dolları küçəyə atan kimdir? - VİDEO
-
Sosial13:58Dublində "Avropa Siyasi Birliyi"nin sammiti BAŞLAYIR
-
İqtisadi gündəm12:18Bakıda 8 bina sökülür, sakinlərə nə qədər kompensasiya ödəniləcək? - VİDEO
-
Nida Xəbər 11:27General qızından şikayətçi olanın kimliyi bilindi
-
Dünya10:24Putinin nümayəndəsi Trampın elçilərini milli komandanın formasında qarşıladı - FOTO
-
Ekologiya10:16Yer kürəsində sakitlik olacaq - Düz bir həftə
-
Nida Xəbər 09:27General Natiq Əliyevin qızı saxlanıldı
-
İnanc06:46Ramazan ayı nə vaxt başlayır?












.jpg)
























