İdman
Keçmiş “Bars”a rəsmisindən “Real”a atmaca - “Dəli olurlar, biz isə zövq alırıq”
“Barselona”nın “Vilyarreal” üzərində qazandığı əzmkar qələbə İspaniya futbolunda növbəti polemikaya səbəb olub. Kataloniya klubunun keçmiş rəhbər şəxslərindən Toni Freykşa əzəli rəqib “Real Madrid”ə ünvanlanan sərt və istehzalı açıqlamalar verib.
Publika.az xəbər verir ki, bu barədə “Goal” nəşri məlumat yayıb.
“Barselona” doğma meydanda iki top fərqi ilə geridə olduğu oyunda “Vilyarreal”ı 3:2 hesabı ilə məğlub edib. Bu nəticədən sonra kataloniyalılar 36 xalla turnir cədvəlinin liderliyini qoruyub, “Real Madrid”i üç xal qabaqlamaqda davam ediblər.
Klubun keçmiş sözçüsü, Sandro Rosellin prezidentliyi dövründə baş katib vəzifəsində çalışmış Toni Freykşa qələbədən sonra sosial şəbəkədə rəqiblərinə atmaca atıb.
O, paylaşımında “Barselona”nın zirvədə olduğunu, digərlərinin isə xəyallarla yaşamağa davam etdiyini bildirib. Freykşa daha sonra fikirlərini sərtləşdirərək yazıb:
“Hazırda ən xoş tərəf büdrəyəcəyimizi düşünənlərin ağlamasını və süni mübahisələr yaratmasını izləməkdir. Onlar nifrətdən dəli olurlar, biz isə bundan zövq alırıq. Möhtəşəmdir”.
Freykşanın bu açıqlamaları “Barselona” ilə “Real Madrid” arasında son günlər yenidən gərginləşən münasibətlər fonunda səslənib. “Real Madrid”in prezidenti Florentino Peres klubun ümumi yığıncağında “Neqreyra işi”ni gündəmə gətirərək kataloniyalıları uzun illər hakim qərarlarından faydalanmaqda ittiham etmişdi.
Peres VAR sisteminin tətbiqindən sonra ləğv edilən qolların statistikasına da diqqət çəkib. Onun sözlərinə görə, həmin dövrdə “Real Madrid”in 42, “Barselona”nın isə 19 qolu qeydə alınmayıb. Bu rəqəmlər iki klubun azarkeşləri arasında hakimliklə bağlı mübahisələri yenidən alovlandırıb.
Qeyd edək ki, “Barselona”nı qarşıda Bakıda Azərbaycan təmsilçisi “Sabah”la Çempionlar Liqası oyunu gözləyir. Hans-Diter Flikin komandası turnirin ilk səkkizliyində yer almaq və pley-off mərhələsindən yayınmaq üçün bu qarşılaşmada qələbə qazanmağa çalışacaq. “Vilyarreal” üzərindəki geridönüş isə komandanın Bakı səfəri öncəsi əhvalını yüksəldib.
-
İdman06:46Keçmiş “Bars”a rəsmisindən “Real”a atmaca - “Dəli olurlar, biz isə zövq alırıq”
-
Magazin106:16"Onu itirmək həyatımdakı ən ağır sınaq olub" - Nəsrin Cavadzadə
-
Pul04:44“Qara cümə” öncəsi fırıldaqçıların hiylələri üzə çıxdı
-
Avropa02:42Rusiya Odessanı vurdu - Ölənlər və xəsarət alanlar var
-
Magazin201:11Türkiyədə yeni HƏBS DALĞASI - Özcan Dəniz, Deniz Çakır və Burcu Özberk saxlanıldı
-
Qoroskop00:15Günün ulduz falı - Keçmişdə qalmış xatirə yenidən canlana bilər
-
Art00:00Əməkdar artist çayla əsərlər yaradırmış -
-
Sosial24 Noyabr 23:15Leyla Əliyeva qızı ilə Nəbatat bağında - FOTO













.png)





















