ABŞ
Huanq xəyanətə görə işçilərindən üzr istədi
"Nvidia" şirkətinin baş direktoru vəzifəsinə qayıdan Censen Huanq nikahdankənar münasibətləri ətrafında yaranan qalmaqaldan sonra şirkətin əməkdaşlarından üzr istəyib.
Publika.az xəbər verir ki, bu barədə "The New York Times" məlumat yayıb.
O, ümumi toplantı zamanı öz hərəkətləri ilə yaxınlarına və həmkarlarına ağrı yaşatdığını etiraf edib
Huanq həyat yoldaşı Loriyə xəyanət etdiyini, həmçinin öz övladlarını çətin vəziyyətə saldığını bildirib. Bundan əlavə, şirkət rəhbəri hər gün bir saat yarımlıq psixoterapiya seanslarında iştirak etdiyini açıqlayıb.
Korporasiya rəhbəri korporativ davranış kodeksinin pozulmasını yolverilməz adlandırıb və vəzifəsinə qayıtmasının digər əməkdaşlara daxili qaydaları görməzdən gəlmək hüququ vermədiyini vurğulayıb. O, həmçinin vəzifəsinə bərpa olunmasının Donald Trampın təzyiqi nəticəsində baş verdiyi barədə məlumatları təkzib edib.
Huanqın istefası cəmi 11 gün davam edib. O, "Megaspeed" şirkətinin keçmiş rəhbəri Elis Huanqla münasibətləri ətrafında yaranan qalmaqal fonunda noyabrın 12-də vəzifəsini tərk edib. ABŞ dövlət qurumları onun şirkətini ixrac məhdudiyyətlərinin mümkün pozuntuları ilə bağlı araşdırır. Gələn həftə "Nvidia" rəhbərinin ABŞ Konqresində keçiriləcək dinləmələrdə çıxış edəcəyi gözlənilir.
Hüseyn İbadlı
-
ABŞ07:30Huanq xəyanətə görə işçilərindən üzr istədi
-
İdman06:46Keçmiş “Bars”a rəsmisindən “Real”a atmaca - “Dəli olurlar, biz isə zövq alırıq”
-
Magazin106:16"Onu itirmək həyatımdakı ən ağır sınaq olub" - Nəsrin Cavadzadə
-
Pul04:44“Qara cümə” öncəsi fırıldaqçıların hiylələri üzə çıxdı
-
Avropa02:42Rusiya Odessanı vurdu - Ölənlər və xəsarət alanlar var
-
Magazin201:11Türkiyədə yeni HƏBS DALĞASI - Özcan Dəniz, Deniz Çakır və Burcu Özberk saxlanıldı
-
Qoroskop00:15Günün ulduz falı - Keçmişdə qalmış xatirə yenidən canlana bilər
-
Art00:00Əməkdar artist çayla əsərlər yaradırmış -














.png)


















