U-21-in baş məşqçisi: “Bir neçə futbolçu diqqətimizi çəkib”
Bizi izləyin

İdman

U-21-in baş məşqçisi: “Bir neçə futbolçu diqqətimizi çəkib”

Premyer Liqa klublarının və aşağıyaşlı yığma komandaların təlim-məşq toplanışlarını izləmək məqsədilə Antalyada səfərdə olan Azərbaycan U-21 yığmasının baş məşqçisi Yaşar Vahabzadə AFFA-nın rəsmi saytına açıqlama verib.

Publika.az xəbər verir ki, Vahabzadə toplanış zamanı U-21-ə yeni futbolçular tapdığını deyib:

"Klubların əsas və əvəzedici komandaları ilə yanaşı, burada təlim-məşq toplanışında olan yığmalarımızın oyunlarını izləyirik. Bir neçə futbolçu müsbət mənada diqqətimizi çəkib. Yığmada yeni adların olacağı istisna deyil. "Qəbələ"nin yarımmüdafəçisi Tellur Mütəllibovu və "Neftçi"nin müdafiəçisi Rail Məmmədovu növbəti toplanışlarda U-21-in heyətinə cəlb etmək fikrindəyik. Maraq dairəmizdə olan və adını çəkmək istəmədyim digər futbolçular isə hələ ki, öz üzərlərində bir qədər də çalışmalıdılar".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm