İdman
Ronaldo ulduz futbolçunun "İnter Mayami"yə transferinə mane olacaq?
“Əl-Nəsr”in ulduz futbolçusu Kriştiano Ronaldo “Mançester Yunayted”in yarımmüdafiəçisi Kazemironun “İnter Mayami”yə transferinə mane olmağa çalışır.
Publika.az xəbər verir ki, bu barədə “Marca” məlumat yayıb.
Bildirilir ki, portuqaliyalı futbolçu keçmiş komanda yoldaşını Səudiyyə Ərəbistanı klubuna keçməyə razı salmaq istəyir. O, münasibətlərinin yaxşı olmasından istifadə edərək bu addımı atmağa çalışacaq.
Kriştianonun əzəli rəqibi Lionel Messinin kapitanı olduğu ABŞ klubu isə braziliyalı ulduza sərfəli şərtlərlə müqavilə təklif etməyə hazırlaşır.
Xatırladaq ki, yanvar ayında Kazemironun mövsümün sonunda “Mançester Yunayted”dən ayrılacağını açıqlanıb. 34 yaşlı futbolçu Ronaldo ilə həm İngiltərə klubunda, həm “Real”da komanda yoldaşı olub.
Müəllif: Heybət
-
Nida Xəbər 11:22Milli Məclisin iclası başladı
-
Dünya11:18Putin şəxsən xahiş edib: Bu mesajı Trampa çatdırın
-
Region11:15Saakaşvili həbsxanada tanınmaz hala düşdü: Yeni imici diqqət çəkdi - FOTO
-
Dünya10:00İranla danışıqlar səhv və fəlakətdir - ABŞ-dan etiraf gəldi
-
Maraq dünyası09:48Uğur qapıları bu 4 bürc üçün açılır
-
Sosial08:24Pensiya ilə bağlı vacib məlumat - 30 min manatı tez almaq üçün…
-
Hadisə06:16Qəfil vəfat edən Leysan tanınmış ailənin övladı imiş
-
İdman05:45Dopinqə icazə verilən ilk turnir: Dünya rekordu qırdı, 1 milyon qazandı


































