Region
Medvedyev erməniləri qorxutdu: Paşinyana görə bunları itirəcəksiniz
Rusiya Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Medvedyev Ermənistanın baş naziri Nikol Paşinyanin xarici siyasət kursunu sərt tənqid edib və bu siyasətin Ermənistan xalqı üçün ciddi risklər yaratdığını bildirib.
Publika.az xəbər verir ki, bu barədə o, "RİA Novosti" agentliyinə danışıb.
Medvedyevin sözlərinə görə, Paşinyan Rusiya ilə münasibətlərin kəsilməsi istiqamətində kurs götürüb. Rusiya Təhlükəsizlik Şurası sədrinin müavini Ermənistan rəhbərliyinin addımlarına tənqidi yanaşaraq bildirib ki, bu siyasət ölkə üçün təhlükəli nəticələr doğura bilər.
O, həmçinin emosional ifadələrə də yer verərək Ermənistan rəhbərliyinin Rusiyaya münasibətinə dair sərt fikirlər səsləndirib. Medvedyevin sözlərinə görə, Paşinyan səhv siyasi koordinat seçib və bu yanaşma ilk növbədə sadə vətəndaşlara zərər verə bilər.
Rusiya rəsmisi iqtisadi nəticələrə də diqqət çəkib. Onun sözlərinə görə, Ermənistanın hazırkı kursu davam edərsə, ölkə Rusiya bazarı və Avrasiya İqtisadi İttifaqı çərçivəsində formalaşmış iqtisadi əlaqələrdən məhrum ola bilər.
Enerji məsələsinə toxunan Medvedyev qeyd edib ki, Ermənistan hazırda Rusiya qazını Avropa bazarına nisbətən daha ucuz qiymətə əldə edir. Onun fikrincə, əlaqələrin zəifləməsi bu üstünlüyün itirilməsinə və daha yüksək qiymətlərlə enerji idxalına gətirib çıxara bilər.
Rusiya rəsmisi əlavə edib ki, bu halda Ermənistanın enerji resurslarını təxminən üç dəfə baha qiymətə almaq məcburiyyətində qalması mümkündür və bu, əhalinin sosial vəziyyətinə mənfi təsir göstərə bilər.
Hazırda Moskva ilə İrəvan arasında münasibətlərdə müəyyən gərginlik müşahidə olunur. Ermənistan rəhbərliyi son dövrlərdə Qərb strukturları ilə yaxınlaşma və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı çərçivəsində əməkdaşlıqdan uzaqlaşma istiqamətində addımlar atır.
Adəm
-
MDB06:16Rusiya FHN-nin mobil tətbiqi sındırıldı - Əhalini nüvə başlığı ilə qorxutdular
-
ABŞ03:43Tramp etirazçıları analarının danlağı ilə hədələdi
-
İdman00:00Makqreqor sonuncu döyüşünə çıxır
-
Hadisə1 Noyabr 23:48Bələdiyyə binasında mühasibin meyiti tapıldı
-
Magazin21 Noyabr 22:36Məşhur rejissor ehtiyatsızlıqdan özünü güllələdi
-
Magazin21 Noyabr 21:00Evlilikləri cəmi üç il çəkdi
-
İdman1 Noyabr 20:00Namik Ələsgərovdan fantastik qol - VİDEO
-
Region1 Noyabr 19:24İranda təqaüdçülər etiraza qalxdılar - VİDEO



































.jpg)

.jpg)