İdman
Əfsanə karyerasını bitirmək üçün "Real"a qayıdır?
Yarımmüdafiəçi Luka Modriç yaxın vaxtlarda gələcəyi ilə bağlı qərar verməlidir.
Publika.az xəbər verir ki, 40 yaşlı futbolçu “Milan” ilə müqaviləsini daha bir mövsüm uzada və ya klubunu dəyişə bilər.
Xorvatiyalı futbolçu A Seriyasında sabit çıxış edir, mövsüm ərzində əksər matçlarda iştirak edib və komandanın vacib fiqurlarından biri olaraq qalır.
İtaliya mətbuatının məlumatına görə, Modriç karyerasını başa vurmaq üçün “Real”a qayıtmaq variantını da istisna etmir. Tərcübəli futbolçunun yekun qərarını yaxın günlərdə verəcəyi gözlənilir.
Qeyd edək ki, bu mövsüm Modriç 32 oyunda iştirak edib, 2 qol vurub və 3 məhsuldar ötürmə edib.
Müəllif: Heybət
-
Nida Xəbər 11:22Milli Məclisin iclası başladı
-
Dünya11:18Putin şəxsən xahiş edib: Bu mesajı Trampa çatdırın
-
Region11:15Saakaşvili həbsxanada tanınmaz hala düşdü: Yeni imici diqqət çəkdi - FOTO
-
Dünya10:00İranla danışıqlar səhv və fəlakətdir - ABŞ-dan etiraf gəldi
-
Maraq dünyası09:48Uğur qapıları bu 4 bürc üçün açılır
-
Sosial08:24Pensiya ilə bağlı vacib məlumat - 30 min manatı tez almaq üçün…
-
Hadisə06:16Qəfil vəfat edən Leysan tanınmış ailənin övladı imiş
-
İdman05:45Dopinqə icazə verilən ilk turnir: Dünya rekordu qırdı, 1 milyon qazandı


































