İdman
Millinin uğursuzluğundan sonra İtaliyada ara qarışdı: Prezidenti devirirlər?
“İnter”in prezidenti Cüzeppe Marotta İtaliya Futbol Federasiyasının yeni rəhbəri ola bilər.
Publika.az xəbər verir ki, bu barədə jurnalist Marko Konterio məlumat yayıb.
İtaliya millisi ardıcıl üçüncü dəfə dünya çempionatına vəsiqə qazana bilməyib. Bu uğursuzluq ölkə futbolunda ciddi dəyişikliklərin zəruriliyi ilə bağlı müzakirələri artırıb.
İtaliya Futbol Federasiyasının hazırkı prezidenti Qabriele Qravina istefa verməkdən imtina edib. Lakin onun gələcək taleyi təşkilatın Federal Şurasının növbəti həftə keçiriləcək iclasında həll olunacaq.
Artıq Qravinanın mümkün əvəzləyiciləri də müzakirə olunur. Bu namizədlərdən biri “İnter”in prezidenti Cüzeppe Marottadır.
Digər variantlar arasında İtaliya Milli Olimpiya Komitəsinin (CONI) sabiq prezidenti və 2026-cı il Qış Olimpiya Oyunlarının Təşkilat Komitəsinə rəhbərlik etmiş Covanni Malaqo da var. Alternativ namizədlər sırasında “Lega Pro”nun prezidenti Matteo Marani və CONI-nin hazırkı katibi Karlo Mornati də göstərilir.
Qeyd edək ki, Qravina 2018-ci ilin oktyabr ayından etibarən İtaliya Futbol Federasiyasına rəhbərlik edir.
Heybət
-
Nida Xəbər 11:22Milli Məclisin iclası başladı
-
Dünya11:18Putin şəxsən xahiş edib: Bu mesajı Trampa çatdırın
-
Region11:15Saakaşvili həbsxanada tanınmaz hala düşdü: Yeni imici diqqət çəkdi - FOTO
-
Dünya10:00İranla danışıqlar səhv və fəlakətdir - ABŞ-dan etiraf gəldi
-
Maraq dünyası09:48Uğur qapıları bu 4 bürc üçün açılır
-
Sosial08:24Pensiya ilə bağlı vacib məlumat - 30 min manatı tez almaq üçün…
-
Hadisə06:16Qəfil vəfat edən Leysan tanınmış ailənin övladı imiş
-
İdman05:45Dopinqə icazə verilən ilk turnir: Dünya rekordu qırdı, 1 milyon qazandı


































