İdman
Yamal müsəlmanları təhqir edən ispan azarkeşlərə cavab verdi
“Barselona”nın və İspaniya millisinin hücumçusu Lamin Yamal sosial şəbəkələrdə açıqlama verib.
Publika.az xəbər verir ki, ustedadlı futbolçu İspaniya – Misir oyunu zamanı bəzi azarkeşlərin səsləndirdiyi hörmətsiz şüarları tənqid edib.
“Dünən stadionda belə bir şüar səsləndi: “Kim tullanmazsa, o müsəlmandır”. Başa düşürəm ki, bu şüar rəqib komandaya ünvanlanmışdı və mənə qarşı deyildi, amma müsəlman olaraq bunu hörmətsizlik və yolverilməz davranış hesab edirəm. Bilirəm ki, bütün azarkeşlər belə deyil, amma bu cür şüarlar səsləndirənlərə demək istəyirəm ki, dini təhqir vasitəsi kimi istifadə etmək sizi cahil və irqçi edir. Futbol insanlara zövq və dəstək üçün yaradılıb, kim olduqlarına və ya hansı inanca sahib olduqlarına görə təhqir etmək üçün deyil”.
Xatırladaq ki, İspaniya və Misir milliləri matçda 0:0 hesabı ilə heç-heçə edib.
-
Nida Xəbər 11:22Milli Məclisin iclası başladı
-
Dünya11:18Putin şəxsən xahiş edib: Bu mesajı Trampa çatdırın
-
Region11:15Saakaşvili həbsxanada tanınmaz hala düşdü: Yeni imici diqqət çəkdi - FOTO
-
Dünya10:00İranla danışıqlar səhv və fəlakətdir - ABŞ-dan etiraf gəldi
-
Maraq dünyası09:48Uğur qapıları bu 4 bürc üçün açılır
-
Sosial08:24Pensiya ilə bağlı vacib məlumat - 30 min manatı tez almaq üçün…
-
Hadisə06:16Qəfil vəfat edən Leysan tanınmış ailənin övladı imiş
-
İdman05:45Dopinqə icazə verilən ilk turnir: Dünya rekordu qırdı, 1 milyon qazandı


































