İdman
“Red Bull”dan Ferstappenə möhtəşəm jest: Maaşını al və…
“Red Bull” komandası son vaxtlar Formula 1-dən gedə biləcəyini açıq şəkildə dilə gətirən pilotu Maks Ferstappen üçün xeyirxah addım atmağa hazırdır.
Publika.az xəbər verir ki, bu barədə “The Telegraph” məlumat yayıb.
Komandanın rəhbərliyi liderini qorumaq istəyir və bunun üçün ona bir illik məzuniyyət təklif etməyə hazırdır. Bu müddət ərzində hollandiyalı pilota demək olar ki, tam maaşı ödənəcək.
Komanda 4 dəfə dünya çempionunun 2027-ci il mövsümünü buraxmasına razılıq verə bilər və bu müddət ərzində Maks illik 60 milyon funt sterlinq qazanacaq.
“Red Bull” komandası gözləyir ki, bu zaman Ferstappen psixoloji baxımdan bərpa olunacaq və yenidən yarış həvəsini geri qazanacaq. Eyni zamanda, 2027-ci ildə o, digər seriyalarda iştirak edə bilər və istəsə, komandasına əvvəlcədən qayıtmaq imkanına malik olacaq.
Qeyd olunur ki, belə bir sxem hollandiyalının “Red Bull”a geri qayıtmasını tam təmin etmir. Pilot üçün vacib olan komandanın əvvəlki illərdəki üstünlüyünü itirdikdən sonra rəqabət qabiliyyətini sübut edə bilməsidir.
-
Nida Xəbər 11:22Milli Məclisin iclası başladı
-
Dünya11:18Putin şəxsən xahiş edib: Bu mesajı Trampa çatdırın
-
Region11:15Saakaşvili həbsxanada tanınmaz hala düşdü: Yeni imici diqqət çəkdi - FOTO
-
Dünya10:00İranla danışıqlar səhv və fəlakətdir - ABŞ-dan etiraf gəldi
-
Maraq dünyası09:48Uğur qapıları bu 4 bürc üçün açılır
-
Sosial08:24Pensiya ilə bağlı vacib məlumat - 30 min manatı tez almaq üçün…
-
Hadisə06:16Qəfil vəfat edən Leysan tanınmış ailənin övladı imiş
-
İdman05:45Dopinqə icazə verilən ilk turnir: Dünya rekordu qırdı, 1 milyon qazandı


































