İdman
Tarixin milyarder idmançıları: Ronaldo üçüncüdür, Messi isə...
Altıqat NBA və ikiqat Olimpiya çempionu Maykl Cordan tarixdə ən çox qazanan idmançı olub.
Publika.az xəbər verir ki, “Sportico”nun açıqladığı siyahıya əsasən, amerikalı əfsanə karyerası ərzində 4,5 milyard dollar qazanıb.
Siyahıda ikinci yerdə Cordanın həmyerlisi, əfsanəvi qolfçu Tayqer Vuds qərarlaşıb - 2,88 milyard dollar. İlk üçlüyü isə “Əl-Nəsr”in hücumçusu, futbol üzrə Avropa çempionu Kriştiano Ronaldo 2,52 milyard dollarla tamamlayır.
Portuqaliyalı ulduzun əzəli rəqibi - “İnter Mayami”nin forvardı Lionel Messi isə siyahıda beşincidir - 1,99 milyard. O, eyni zamanda ən çox qazanan ikinci futbolçudur.
İdmançıların gəlirlərinə maaşlar, bonuslar, mükafatlar, reklam müqavilələri, lisenziyalaşdırma, royaltilər, suvenir satışları, kitab müqavilələri, media gəlirləri, çıxış haqları və digər ödənişlər daxildir.
Ümumilikdə reytinqə daxil olan 50 idmançı inflyasiya nəzərə alınmaqla toplam 56,2 milyard dollar qazanıb.
Tarixin ən çox qazanan 10 idmançısı:
1. Maykl Cordan (basketbol) - 4,5 milyard dollar
2. Tayqer Vuds (qolf) - 2,88 milyard dollar
3. Kriştiano Ronaldo (futbol) - 2,52 milyard dollar
4. Lebron Ceyms (basketbol) - 2,03 milyard dollar
5. Lionel Messi (futbol) - 1,99 milyard dollar
6. Arnold Palmer (qolf) - 1,85 milyard dollar
7. Cek Niklaus (qolf) - 1,83 milyard dollar
8. Devid Bekhem (futbol) - 1,68 milyard dollar
9. Rocer Federer (tennis) - 1,67 milyard dollar
10. Floyd Meyvezer (boks) - 1,57 milyard dollar
-
Nida Xəbər 11:22Milli Məclisin iclası başladı
-
Dünya11:18Putin şəxsən xahiş edib: Bu mesajı Trampa çatdırın
-
Region11:15Saakaşvili həbsxanada tanınmaz hala düşdü: Yeni imici diqqət çəkdi - FOTO
-
Dünya10:00İranla danışıqlar səhv və fəlakətdir - ABŞ-dan etiraf gəldi
-
Maraq dünyası09:48Uğur qapıları bu 4 bürc üçün açılır
-
Sosial08:24Pensiya ilə bağlı vacib məlumat - 30 min manatı tez almaq üçün…
-
Hadisə06:16Qəfil vəfat edən Leysan tanınmış ailənin övladı imiş
-
İdman05:45Dopinqə icazə verilən ilk turnir: Dünya rekordu qırdı, 1 milyon qazandı


































