İdman
Bu, inanılmazdır: 16 yaşlı uşaq ildə 5 milyon avronu necə qazanacaq?
Dünən 16 yaşlı norveçli vunderkind Martin Edeqorun "Real"a transfer olunduğunu xəbər vermişdik. Onun "Kral klubu"nda alacağı məvacib məlum olub.
Publika.az xəbər verir ki, 16 yaşlı futbolçu həftədə 105 min avro qazanacaq. Bu da ildə təxminən 5 milyon avro edir. Futbolçunun keçmiş komandası "Stromsqodset" bu keçiddən 3 milyon avro qazanıb.
"Liverpul", "Ayaks" və "Bavariya" da daxil olmaqla bir çox Avropa nəhənginin maraq göstərdiyi futbolçu "Real"la 6 illik müqavilə bağlayıb. O, əsas komanda ilə məşq edəcək, "Real"ın Zidanın rəhbərlik etdiyi ikinci komandasında oynayacaq.
Gənc istedad “Real”la müqavilə imzalayandan sonra klubun Valdebebasdakı bazasında jurnalistlər önünə çıxıb. “Real”ı seçməsinin səbəblərindən danışan norveçli vunderkind gələcək planlarına da toxunub:
- Həm futbolçu, həm də şəxsiyyət kimi inkişaf etmək baxımından “Real” ən uyğun variantdır. Bu klubda imkanlar genişdir.
- Yeni komanda yoldaşlarımla tanış oldum. Onlar fantastik insanlardır.
- Məqsədim ən yaxşı olmaqdır. Birinci və ya ikinci komandada oynamağımın fərqi yoxdur.
- Madriddə məni əla qarşıladılar. Elə bil ki, evimə gəlmişəm. Arzum reallaşıb. Dünyanın ən yaxşı klubunun şərəfini qorumaq böyük şərəfdir.
- Topa sahib olmağı və ötürmələrlə oynamağı xoşlayıram. Üzərimdə təzyiq hiss etmirəm. Amma bilirəm ki, burda oynamaq Norveçdə oynamaqdan çox çətindir”.
-
MDB01:41
Qızılın ixrac rüsumu LƏĞV EDİLDİ - Bu ölkədə
-
Səhiyyə00:30
Xərçəng və ürək xəstəliklərindən qoruyan mutasiya KƏŞF EDİLDİ
-
Qoroskop00:05
Günün ULDUZ FALI: gününüz boz və maraqsız olacaq.
-
Səhiyyə2 May 21:48
Altı körpənin yanaraq ölməsində təqsirləndirilən xanıma yenidən VƏZİFƏ VERİLİR? - FOTO
-
Magazin22 May 21:00
Britni Spirs nəhayət ərindən BOŞANDI
-
Sosial2 May 20:36
Amin Musayev ilk dəfə əsir düşdüyü yerdə - VİDEO
-
Sosial2 May 19:00
Azərbaycanda ŞOK OLAY: kişi dostunun 14 yaşlı qızını qaçırdı, sonra...
-
Sosial2 May 18:36
Direktorla qadın müəllim arasında DAVA: müəllimin halı pisləşdi, təcili yardım gəldi - FOTO