İdman
“Bakı-2015”in açılış və bağlanış mərasimi ilə bağlı dinləmələr keçirilib
Bu gün Atletlər Kəndində “Bakı-2015” birinci Avropa
Oyunlarının açılış və bağlanış mərasimlərində çıxış edəcək
iştirakçıların növbəti dinləmələri təşkil olunub.
Dinnləmələri “Bakı-2015”in ulduz elçiləri “Eurovision-2011”
Beynəlxalq mahnı müsabiqəsinin qalibləri Eldar Qasımov və Nigar
Camal da izləyiblər.
Dinləmədə 50-dən artıq gənc iştirak edib və onlar peşəkar
komandanın tapşırıqlarını yerinə yetiriblər.
“Bakı-2015”in açılış və bağlanış mərasimini hazırlayan
“FiveCurrents” şirkətinin baş prodüseri Tom Bisinyano Avropa
Oyunlarının 2015-ci ilin ən möhtəşəm tədbiri olacağını deyib və
ölkə gənclərini bu yarışın bir hissəsi olmağa dəvət edib.
Tom Bisinyano bildirib ki, Avropa Oyunlarına könüllülərin cəlb
olunması prosesi davam edir. “Bakı-2015”in könüllüləri “Facebook”da
hazırlanmış xüsusi səhifədə qeydiyyatdan keçməklə bu möhtəşəm
tədbirin iştirakçısı ola bilərlər. Əminliklə deyə bilərəm ki,
“Bakı-2015”də könüllü kimi iştirak edəcək şəxslər zəngin təcrübə
qazanacaqlar.
Könüllülərin cəlb olunmasında heç bir yaş məhdudiyyətinin
olmadığını vurğulayan Tom Bisinyano “Bakı-2015”də 6 minədək
volontyorun iştirakının nəzərdə tutulduğunu diqqətə çatdırıb.
“FiveCurrents” şirkətinin baş prodüseri bildirib ki, Avropa
Oyunlarının açılış və bağlanış mərasiminin möhtəşəmliyi
digərlərindən fərqlənəcək. Bu mərasimlər iştirakçılara unudulmaz
anlar yaşadacaq. Xüsusi effektlərdən istifadə isə mərasimlərin
yaddaqalan olmasına imkan yaradacaq. Həmçinin bu mərasimlərdə
Azərbaycanın tarixi və mədəniyyəti xüsusi olaraq nümayiş
etdiriləcək.
“Bakı-2015”in mərasimlərinin iştirakçısı Xumar Quluzadə deyib:
“Mənim dinləməm gözəl keçdi. Dinləmədə iştirak edən hər kəs səmimi
və gülərüz idi. Artıq böyük ailənin bir hissəsinə çevrildiyimi hiss
edirəm və Avropa Oyunlarının mərasim iştirakçısı olmaq üçün
məşqlərə başlamağı səbirsizliklə gözləyirəm”.
“Bakı-2015”in ulduz elçiləri Eldar Qasımov və Nigar Camal Avropa
Oyunlarında iştirak edəcək könüllülərin tarixin bir hissəsi
olacaqlarını, onların gələcək karyeralarına müsbət təsir
göstərəcəyini və yeni dostlar qazanacaqlarını bildiriblər.
-
Magazin204:14
Karla Bruni şübhəli şəxs qismində dindirildi
-
Magazin203:13
Məşhur aktisa bəbir naxışlı bikini ilə elə pozalar verdi ki... - VİDEO
-
MDB01:41
Qızılın ixrac rüsumu LƏĞV EDİLDİ - Bu ölkədə
-
Səhiyyə00:30
Xərçəng və ürək xəstəliklərindən qoruyan mutasiya KƏŞF EDİLDİ
-
Qoroskop00:05
Günün ULDUZ FALI: gününüz boz və maraqsız olacaq.
-
Səhiyyə2 May 21:48
Altı körpənin yanaraq ölməsində təqsirləndirilən xanıma yenidən VƏZİFƏ VERİLİR? - FOTO
-
Magazin22 May 21:00
Britni Spirs nəhayət ərindən BOŞANDI
-
Sosial2 May 20:36
Amin Musayev ilk dəfə əsir düşdüyü yerdə - VİDEO