İdman
Dünya Kuboku zamanı qeyri-adi dünya rekordu qırılacaq - FT
İyunun 11-dən iyulun 19-dək ABŞ, Meksika və Kanadada keçiriləcək növbəti futbol üzrə dünya çempionatı təkcə idman miqyası ilə deyil, həm də tarixin ən çox pivə istehlak edilən turniri kimi yadda qalacaq.
Publika.az xəbər verir ki, bu barədə "Financial Times" qəzetinin ekspertlərinin hesablamalarında deyilir.
Məlumata görə, turnir zamanı əlavə olaraq 1,2 milyard yarım litrlik pivə stəkanı içiləcək. Bu da təxminən 5,9 milyon hektolitr və ya 1 milyard britaniya pintinə (568 ml) bərabərdir.
Bu rekord proqnozun əsasında çempionatın formatının genişləndirilməsi dayanır. FİFA ilk dəfə olaraq turnirə 32 deyil, 48 milli komandanın qatılmasına icazə verib ki, bu da oyunların sayını 64-dən 104-ə çatdırıb. Turnirin müddəti isə 39 gün təşkil edəcək.
Analitiklər vəziyyəti əvvəlki mundiallarda pivə istehlakı səviyyəsi ilə müqayisə edərək müəyyən ediblər ki, yalnız 2026-cı il dünya çempionatının birbaşa təsiri turnir dövründə pivə satışında qlobal miqyasda 3 faizlik artım təmin edəcək. İllik göstəriciyə çevirdikdə bu, 0,3 faiz artım deməkdir. Bu nəticə, 2025-ci ilin yekunlarına görə dünya üzrə pivə istehlakının 1 faiz azalması fonunda xüsusilə əhəmiyyətlidir.
Ekspertlər turnirin genişlənməsi ilə yanaşı, digər əlverişli amilləri də qeyd edirlər. Birincisi, hər üç ev sahibi ölkənin dərin pivə istehlakı ənənələri var. İkincisi, oyunların cədvəli elə tərtib edilib ki, onlar Atlantik okeanının hər iki tərəfindəki bar və pubların "qızıl saatlarına" – azarkeşlərin ən aktiv sifariş etdiyi 17:00-dan 23:00-dək olan vaxta düşür. Beləliklə, pivə istehsalçıları böyük qazanc gözləyir və futbol turnirlərindəki əvvəlki pivə istehlakı rekordlarının böyük fərqlə yenilənəcəyi proqnozlaşdırılır.
Hüseyn İbadlı
-
Qoroskop01:40Günün ulduz falı: hisslərinizi açıq şəkildə ifadə etməkdən çəkinməyin!
-
ABŞ26 İyun 20:32İran atəşkəsi pozdu - Tramp
-
Magazin226 İyun 19:51Kadir İnanır vəfat etdi
-
Region26 İyun 19:138 il əvvəl faciənin yaşandığı zavodda yenidən partlayış oldu - Ölən və xəsarət alanlar var
-
Hadisə26 İyun 18:48Kanalda batan gəncin meyiti tapıldı - Video/Yeniləndi
-
Dünya26 İyun 18:36İran XİN-dən Körfəz ölkələrinə xəbərdarlıq
-
Nida Xəbər 26 İyun 16:17Yeni generallara rütbələr təqdim olundu - FOTO
-
Nida Təhlil 26 İyun 15:1626 İyun mesajı: Azərbaycan əsgəri yüksək hazırlığa və Vətən sevgisinə sahibdir







.jpg)








.jpg)








.jpg)







.jpg)