Sosial
Yasamalda genişmiqyaslı asfaltlanma işləri aparıldı - FOTO
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin paytaxtın yol-nəqliyyat infrastrukturunun müasirləşdirilməsi, şəhər mühitinin yaxşılaşdırılması və vətəndaşların rahatlığının təmin olunması ilə bağlı müəyyən etdiyi vəzifələrə uyğun olaraq Yasamal rayonunda abadlıq-quruculuq tədbirləri ardıcıl şəkildə həyata keçirilib.
Publika.az xəbər verir ki,Yasamal Rayon İcra Hakimiyyəti, “Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyi, Yasamal Bələdiyyəsi və rayon MKTB-nin birgə əməkdaşlığı çərçivəsində rayonun bir sıra küçə və məhəllələrində yol örtüyünün yenilənməsi, asfaltlanma və cari təmir işləri uğurla icra olunub.
Həyata keçirilən işlər çərçivəsində Hüseyn Cavid prospekti, Xiyabani və Nazim Hikmət küçələri, həmçinin Rahib Tağıyev, Kamal Rəhimov,Ümüd Əkbərov küçələrində, eləcə də rayonun bir sıra yaşayış massivlərində yerləşən məhəllədaxili yollarda köhnə və istismar müddətini başa vurmuş asfalt örtüyü yenisi ilə əvəz edilib, nəqliyyat vasitələrinin və piyadaların təhlükəsiz və rahat hərəkətinin təmin edilməsi istiqamətində zəruri tədbirlər görülüb.
Yasamal ryonunda təmiri yekunlaşmış və davam edən yol sahələri bunlardır:
Hüseyn Cavid prospekti (S.Dağlı küçəsi – M.Müşfiq küçəsi arası)
Hüseyn Cavid prospekti (Landau küçəsi – Ə.Haqverdiyev küçəsi arası)
Nazim Hikmət küçəsi (A.Şərifzadə küçəsi – Mətbuat prospektinədək)
Kənar Dairəvi yolun 5–6-cı kilometrlik hissəsi
Ayna Sultanova küçəsi
Şeyx Məhəmməd Xiyabani küçəsi
Aparılan təmir və asfaltlanma işləri sakinlər tərəfindən müsbət qarşılanıb. Yol infrastrukturunun yenilənməsi nəqliyyatın hərəkətini daha rahat və təhlükəsiz etməklə yanaşı, ərazidə ümumi abadlıq və estetik görünüşün yaxşılaşmasına da mühüm töhfə verib.
Yasamal Rayon İcra Hakimiyyəti tərəfindən rayon ərazisində abadlıq-quruculuq tədbirləri, küçə və məhəllədaxili yolların mərhələli şəkildə təmiri, yaşıllıq zolaqlarının salınması, ekoloji vəziyyətinin yaxşılaşdırılması və digər infrastruktur layihələri bundan sonra da davam etdiriləcək.
Qeyd olunub ki, rayon sakinlərinin rahatlığı və rifahının yüksəldilməsi məqsədilə həyata keçirilən bu tədbirlər Yasamal rayonunun müasir şəhər standartlarına uyğun inkişafına və daha komfortlu yaşayış mühitinin formalaşdırılmasına xidmət edir.
-
Elm və təhsil04:44Təhsil işçiləri təltif edildilər - SİYAHI
-
MDB02:42Medvedev Ermənistana xəbərdarlıq etdi
-
Nəqliyyat00:30Bakıda kanatla sərnişindaşıma olacaq - VİDEO
-
Qoroskop00:00Günün ULDUZ FALI - Oğrulardan ehtiyatlı olun
-
İdman3 Oktyabr 21:36İspaniya mətbuatından Arda Güler şərhi: “Daimi kabus yaşayır”
-
Magazin23 Oktyabr 20:36Hülya Avşar makiyajsız halı ilə diqqət çəkdi - (Foto)
-
Magazin23 Oktyabr 19:00Məşhur aktyorun 13 yaşlı qızı niyə ölüb?
-
İdman3 Oktyabr 18:25Baş məşqçidən Ronaldoya sülh təklifi - Neytral ərazidə...



































.jpg)
