İdman
Prezident olmaq istəmir: Mənə nifrət edirlər
Fransa millisinin və “Real Madrid” in hücumçusu Kilian Mbappe ölkə prezidenti olmaq planlarının olmadığını bildirib.
Publika.az xəbər verir ki, Mbappe üzləşdiyi böyük psixoloji təzyiqdən də şikayətlənib.
“Xeyr, narahat olmayın, mən Fransa prezidenti olmağı planlaşdırmıram. Çox adam mənə bunu deyir, amma bu, planlarımda yoxdur. Mənə artıq kifayət qədər nifrət edirlər. (Gülür.)
Bütün bu paparassilər… Düzünü desəm, inanılmaz dərəcədə yorucudur. İnsanlar bunun nə qədər psixoloji cəhətdən dağıdıcı olduğunu başa düşmürlər. Daimi kameralar, təqiblər, evin xaricində pusqular. Bu, sözün əsl mənasında bizi insanlıqdan məhrum edir, şəxsi sərhədləri silir və hamının baxmağa gəldiyi bir növ yarmarka heyvanlarına çevirir”, – deyə ” Le Parisien” qəzeti Mbappenin sözlərini sitat gətirib.
-
Hadisə20:48Ceyhunu qətlə yetirib qaçan Elmar dünya çempionu imiş - Video / Yeniləndi
-
Kriminal20:00Kütləvi davada qətl törədib gizlənən şəxslər saxlanıldı - - DTX-dən əməliyyat
-
Hadisə18:00Ölümlə nəticələnən kütləvi davada tanınmış idmançı da saxlanılıb - Foto
-
Avropa17:46Slavi Binevi öldürdülər: Türkiyə vətəndaşları saxlanıldı
-
Magazin116:08Əməkdar artistə vəzifə verildi
-
Magazin214:00Məşhur qrup liderinin həyat yoldaşı axtarışa verildi - Foto
-
Ekologiya13:04Şimşək çaxacaq, yağış yağacaq - Hava proqnozu
-
İdman12:25Bakı daha bir mötəbər turnirə ev sahibliyi edir


































