İdman
FİFA-nın İsrail və Fələstinlə bağlı planı var: Belə barışdıracaq
FİFA qarşıdan gələn 15 yaşadək futbolçular arasında futbol festivalına Fələstin və İsrail arasında keçiriləcək oyunla başlamağı planlaşdırır.
Publika.az xəbər verir ki, bu barədə “The Athletic” məlumat yayıb.
Məlum olduğu kimi, Fələstin Futbol Assosiasiyasının prezidenti Cibril Rəcub Vankuverdə keçirilən FİFA Konqresi zamanı İsrail Futbol Assosiasiyasının vitse-prezidenti Bəsim Şeyx Süleymanın əlini sıxmaqdan imtina etmişdi.
Beynəlxalq Futbol Federasiyasının prezidenti bu görüşü müharibə aparan ölkələrin futbol təşkilatlarını barışdırmaq məqsədi ilə planlaşdırmışdı, lakin ilk planın uğursuzluğundan sonra gələcək festivalın açılış matçını onların iştirakı ilə təşkil etmək istəyir.
Əl sıxmaqdan imtina edildikdən sonra belə, Racub İnfantinoya qarşıdan gələn gənclər turnirini və beynəlxalq gənclər futbolunun inkişaf etdirilməsi zərurətini nəzərə alaraq birləşməyin vacibliyini xatırladıb:
“Qarşımızda 211 ölkənin hamısını, dünyanın bütün uşaqlarını dəvət edəcəyimiz gözəl bir U15 turniri var – gəlin bunu onlar üçün edək. Gəlin birlikdə çalışaq – sizə dəstəyimi vəd edirəm və bütün bu salonun dəstəyini alırsınız”.
Xatırladaq ki, ötən ilin dekabr ayında FİFA 15 yaşa qədər oğlan və qızlar arasında festival formatında keçiriləcək bir sıra turnirlərin yaradıldığını elan etmişdi.
Müəllif: Tural
-
Sosial15:30Böyük əfv gündəmdə: Rəşad Dağlının adı siyahıdadır
-
İdman14:48Mbappe sevgilisi ilə adada belə istirahət edir - FOTOLAR
-
Qoroskop14:18Qismət qapıları açılır: Arzuları gerçəkləşəcək 5 bürc
-
Region13:18Ermənistan Rusiyaya qarşı sanksiya tətbiq etməyə məcbur olacaq - Sensasion iddia
-
Rəsmi xronika12:56İlham Əliyev fərman imzaladı
-
Region12:54Paşinyan hökumətin istefaya getdiyini açıqladı - VİDEO
-
Dünya12:18İsrail Türkiyənin son həmləsindən danışır: “İqtisadi çay” qurulur, güc balansı dəyişəcək
-
Nida Xəbər 11:42Hikmət Hacıyevin sitat gətirdiyi kitab Azərbaycan dilinə tərcümə olunmalıdır - Etibar Əliyev



















.jpg)






.jpg)









