Ötən həftə son bir ildəkindən daha çox raket atıblar - Trampdan İrana ittiham
Bizi izləyin

ABŞ

Ötən həftə son bir ildəkindən daha çox raket atıblar - Trampdan İrana ittiham

Ötən həftə son bir ildəkindən daha çox raket atıblar - Trampdan İrana ittiham

ABŞ Prezidenti Donald Tramp İranı son bir həftə ərzində əvvəlki ilə nisbətən daha çox dron və raket atmaqda günahlandırıb.

Publika.az xəbər verir ki, Tramp bu barədə “Truth Social”da yazıb:

"İran ötən həftə bir ildə olduğundan daha çox dron və raket atıb".

Tramp iddia edib ki, İran ABŞ-dakı ara seçkilərdən sonra dron və raket hücumlarının intensivliyini artırıb. Amerika lideri xatırladıb ki, 3 noyabr seçkilərindən əvvəl Demokratlar qalib gələrsə, İrandan hücumların artacağını proqnozlaşdırmışdı. ABŞ prezidenti iddia edib ki, bu proqnoz özünü doğruldub.

Tramp bildirib ki, İran rəsmiləri Demokratlar Partiyasını "zəif, təsirsiz" hesab edirlər.

Eyni zamanda, Amerika lideri həmvətənlərini narahat olmamağa çağırıb və onları bütün bu silahların məhv edildiyinə və heç bir zərər vermədiyinə əmin edib.

"Narahat olmayın! Hamısı vurulub və heç bir ziyan dəyməyib", - Tramp qeyd edib.

Bazar günü “Fox News” Trampın "eksklüziv şərhlərinə" istinadən bildirib ki, Ağ Ev rəhbəri iki ölkə arasında razılaşma olmadığı təqdirdə Yeni ildən sonra İrana zərbələri bərpa etməyə meyllidir.

Müəllif: Tural

Oxumağa davam et
Reklam
Reklam

Gündəm