İdman
Dünya futbolunun 11 modapərəsti - Tirol hava limanında hansı məşhuru qadına bənzətdilər?
Dünya futbolunun ulduzları pərəstişkarlarını təkcə yaşıl meydanlarda sərgilədikləri oyunla valeh etmirlər. Onlar həm də qeyri-adi hərəkətlərlə, geyimlərlə də diqqət mərkəzində olmağa çalışırlar. Hətta bunu bacarırlar da. Futbol ulduzlarının geyimi həmişə müzakirə mövzusu olub. Bu müzakirələr zamanı təbii ki, hər kəs öz zövqünə uyğun nəticə çıxarır. Ona görə də futbol ulduzları arasında kimin daha zövqlə geyindiyini, kimin "modnı oğlan" olduğunu birmənalı şəkildə iddia etmək çətindir. Zövqlər müxtəlif olduğundan, fikirlər subyektiv anlam daşıyır.
Publika.az dünya futbolunda geyim tərziylə seçilən 11 futbolçunu təqdim edir. Tam heyətə malik bir futbol komandası. Bu komandanın ən "modnı oğlan"ını müəyyənləşdirməyi isə buraxaq oxucuların öhdəsinə.
Aleks Sonq
Son vaxtlar Dani Alveş haqqında o qədər çox danışırlar ki, hətta
bundan onun böyük dostu da inciyə bilər. Aleksin "Tchakap" sistemli
orijinal geyim tərzi var. Təbii ki, o, bu tərzi seçərkən, dostu
Dani Alveşin məsləhətinə də qulaq asıb.
"Tchakap" - bu, həyat tərzi, düşüncədi. Bu geyimlər maksimum
komfort bəxş edir və özünüifadə üsuludu. Biz yalnız bir dəfə
yaşayırıq, ona görə də gərək özümüz olaq. "Tchakap" azad və
müstəqil olmağa kömək edir - qoşulun!". Sonq həyəcana gətirən geyim
tərzini belə xarakterizə edir.
Riqober Sonq
Onun geyim tərzini belə xarakterizə etmək olar: nə istəyirsən geyin
və özünü dəblə ayaqlaşan biri kimi hiss et. Çox güman ki, o, öz
əmisi oğluna da nümunə olub. Atası vəfat edəndə Aleks Sonq 3
yaşında idi. Onun tərbiyəsi ilə Riqober məşğul olub. Karyerasının
son illərində Riqober Sonq (yalnız o və Zinəddin Zidan iki dünya
çempionatında meydandan qovulub) zahiri görünüşünə daha çox diqqət
yetirməyə başladı. Bir neçə il əvvəl isə Avstriyanın Tirol hava
limanında qəzetçilər onu qadına bənzətmişdilər! Qəribə deyil?
Cibril Sisse
33 yaşlı modapərəst son müsahibəsində özünü belə xarakterizə edib:
"Mən necəyəm, elə də varam. Bəli, gözəl geyimləri, əşyaları
sevirəm. Amma bununla yanaşı, onu da anlayıram ki, bu əşyaları
futbolun sayəsində əldə etmişəm. Hər futbolçu iki ayağı da sınandan
sonra yenidən yaşıl meydana dönməyi bacarmır. Mən bununla həqiqətən
də fəxr edirəm. Ancaq insanlar birini digəriylə tez-tez səhv
salırlar. Onlar tatiurovkamı, maşınımı, qeyri-adi geyim tərzimi
görür və düşünürlər ki, mən dəbə mane oluram. Amma bu, belə
deyil".
Emmanuel Adebayor
Bu gün toqolu bir yığın problemlə üz-üzədi. Ancaq o heç bir halda depressiyaya düşmək fikrində deyil. Əsas odu ki, kostyumla geyinmək üçün corab düzgün seçilsin. O, problemləri ilə bağlı danışarkən bu ifadəni işlədib: "Hələ sağam, amma qohumlarım artıq mənim əmlakımı bölüşürlər".
Əl-Hacı Diuf
"Təəssüf ki, bu oğlan futbolda özünü sevir". Nə vaxtsa Diuf
haqqında bu ifadəni Stiven Cerrard deyib. Və bu, həqiqətdi. O,
özünü hər yerdə sevir və istənilən məsələdə də işləri korlayır.
Kiməsə maraqlıdısa, deyək, indi Əl-Hacı Malayziya klublarının
birində futbol oynayır.
Raul Meyreleş
Əzəmətli portuqaliyalı nədənsə adama buqələmunu xatırladır. Onun
imicini neçə dəfə dəyişdiyini hesablamaq mümkün deyil.
Mario Balotelli
Yazıq, yazıq Mario. Görəsən, dünyada onun təəccübləndirmədiyi adam
qalıb? Bəlkə beləsini B seriyasında axtarmaq lazımdı? Daha bir
sual: bu dünyada Balotelli üçün münasib yer var?
Daniel Starric
Artıq yarım ildi ki, futbol oynamayan hücumçu yenicə sıraya qayıdıb. Ancaq o, 6 ay ərzində "stilyaqalar"ın sırasından çıxmayıb.
Marko Roys
"Borussiya"nın xavbeki bekhemsayağı saç düzümünə çox diqqət ayırır. Ancaq geyimlə bağlı seçimi həmişə uğurlu olmur.
Rio Ferdinand
Əlbəttə, çimərliyə gedəndə nə istəsən, geyinmək olar. Amma...
Rionun əynindəki nə idi?
Dani Alveş
Bu da dünya futbolunun baş modapərəsti. "Barselona"lının geyim
tərzi hər şeyi göstərir. İzaha nə hacət?
-
MDB01:41
Qızılın ixrac rüsumu LƏĞV EDİLDİ - Bu ölkədə
-
Səhiyyə00:30
Xərçəng və ürək xəstəliklərindən qoruyan mutasiya KƏŞF EDİLDİ
-
Qoroskop00:05
Günün ULDUZ FALI: gününüz boz və maraqsız olacaq.
-
Səhiyyə2 May 21:48
Altı körpənin yanaraq ölməsində təqsirləndirilən xanıma yenidən VƏZİFƏ VERİLİR? - FOTO
-
Magazin22 May 21:00
Britni Spirs nəhayət ərindən BOŞANDI
-
Sosial2 May 20:36
Amin Musayev ilk dəfə əsir düşdüyü yerdə - VİDEO
-
Sosial2 May 19:00
Azərbaycanda ŞOK OLAY: kişi dostunun 14 yaşlı qızını qaçırdı, sonra...
-
Sosial2 May 18:36
Direktorla qadın müəllim arasında DAVA: müəllimin halı pisləşdi, təcili yardım gəldi - FOTO