İdman
“Maqnit adam”ın yeni rekordları
Gürcüstanda “Maqnit adam” ləqəbi ilə tanınan
azərbaycanlı idmançı Etibar Elçiyev-Budaqlı bədəninə yapışdırdığı
dəmir lövhə ilə iki minik avtomobilini dartmaq və sinəsindəki dəmir
lövhənin üzərində kərpicləri qırmaq üzrə yeni rekordlara imza
atıb.
E.Elçiyev-Budaqlı fevralın 6-da “Cəngi” havasının sədaları altında
Tbilisidə sinəsindəki 18 kiloqram ağırlığındakı dəmir lövhənin
üstündə 60 kiloqram ağırlığında adamı oturtmaqla, hər birinin
çəkisi 1100 kiloqram olan iki “Nissan” avtomobilini 10 metr
məsafəyə dartmaqla 15-ci rekordunu qazanıb. Sonra pəhləvanın sinəsi
üzərində 17 kərpici çəkiclə sındırılıb və bununla da 16-cı rekorda
nail olub.
“Qafqaz Dünya Rekordları Federasiyası”nın baş katibi Şota
Keldişvili jurnalistlərə bildirib ki, E.Elçiyev bu günədək
Almaniya, Fransa, İngiltərə, Çin, Türkiyə, Rusiya və başqa
ölkələrdə öz bacarığını nümayiş etdirərək bir neçə rekorda imza
atıb. Azərbaycanlı pəhləvan minik avtomobilini dartmaq üzrə 11-ci
rekordunu 2013-cü ildə Tbilisi şəhərində qazanıb. O, ağırlığı 1,5
tona yaxın olan “Mersedes-A klass” markalı avtomobili bir dəqiqə
ərzində 10 metr məsafəyə dartıb.
E.Elçiyev həm də bioloji təbabətlə məşğul olur. Bədənindəki və
əlindəki bioenerji hesabına bir sıra xəstəlikləri müalicə edib.
Həkim-uroloq, professor Georgi Qadbaidze, həkim-kordioloq Tamara
Qriqolaşvili və başqaları onun bioloji müalicə üsullarının
üstünlüklərindən danışıblar. Soydaşımızın maqnit-rezonans müalicə
üsulu sayəsində sağlamlığını bərpa etmiş insanlar da öz
razılıqlarını bildiriblər.
Tədbirin sonunda E.Elçiyevə yeni rekordunun şəhadətnaməsi və
medallar təqdim olunub. Şota Keldişvili deyib ki, azərbaycanlı
pəhləvanın yeni rekordu ilə bağlı videomaterial və digər sənədlər
Dünya rekordları və Ginnesin rekordları təşkilatlarına
göndəriləcək.
Qeyd edək ki, Etibar Elçiyev 1972-ci ildə Gürcüstanın Ağbulaq
rayonunun Kosalar kəndində anadan olub. İlk rekordlarını 2011-ci
ildə bədənində 50 qaşıq və sinəsində 30 saniyə ərzində 106 kiloqram
ağırlığında dəmir lövhə saxlamaqla qazanıb. İdmançı 2012-ci ildə
Roma şəhərində bədənində 51 qaşıq saxlayaraq dünya rekordunu
təzələyib və rəsmən Ginnes rekordçusu olub.
-
Rəsmi xronika15:18
Azərbaycanla Ermənistan arasında... - İlham Əliyev
-
Sağlamlıq14:56
Bu qan qrupuna aid olan insanlarda insult riski YÜKSƏKDİR
-
Dünya14:01
Sensasion iddia: Asiyada müharibə bu paslı gəmiyə görə başlayacaq - FOTO
-
Nida Xəbər 13:32
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Nida Təhlil 13:10
Türkiyə hərbçiləri Qarabağa niyə gətirilmişdi? - Əliyevin strateji planı
-
Sosial12:58
Sabah 32 dərəcə isti olacaq
-
Nida Xəbər 12:16
XİN Avropa Parlamentinə cavab verdi
-
Nida Xəbər 10:29
Qriqoryan İrana hesabat verdi: Delimitasiya ilə bağlı