İdman
Messi də bacarmamışdı – Yamal “Barselona”da 91 illik rekordu qırdı
“Barselona”nın cinah oyunçusu Lamin Yamal komandanın heyətində 50 və ya daha çox qol vuran ən gənc oyunçu olub.
Publika.az xəbər verir ki, bu, “Barsa”nın İspaniya La Liqasının 3-cü turunda “Rayo Valyekano”ya 5-2 hesabı ilə qalib gəldiyi oyunda baş verib.
İki qol vuran Lamin, məşhur keçmiş hücumçu Xosep Eskolanın 91 ildir davam edən rekordunu qırıb. Eskola “Barselona”da 50 qol həddinə 1935-ci ildə 20 yaş 356 günlüyündə çatıb.
O vaxtdan bəri yalnız argentinalı Lionel Messi buna yaxınlaşıb, lakin o, 50 qol həddini 21 yaş 120 günlüyündə keçib. Yamal rekordu qıranda 19 yaş 49 günlüyündə olub.
İspaniya çempionatında üç oyundan sonra “Barselona”nın aktivində doqquz xalı var və turnir cədvəlində birinci yerdədir.
-
Nida Xəbər 14:06Zəngəzur dəhlizi boyunca neft və qaz kəmərləri hansı ərazilərdən keçəcək?
-
Rəsmi xronika13:50Şimali Makedoniya Prezidenti İlham Əliyevə zəng etdi
-
Nida Xəbər 13:28Rəsmi Bakı 31 Türkiyə vətəndaşını “arzuolunmaz şəxs” elan etdi - Siyahı
-
İKT11:00Bəşəriyyəti məhv edəcək: Mask da süni intellektin təhlükə yaratdığını etiraf etdi
-
ABŞ09:54Trampın ailəsində İranla müharibəyə etiraz: Oğlu atasına xəbərdarlıq etdi
-
Dünya09:42“Xüsusi elçi” Sankt-Peterburqa yola düşdü: Hansı təkliflərlə gedir?
-
Dünya09:18Bazara dronla hücumda ölənlərin sayı kəskin artdı - VİDEO
-
ABŞ08:48Qarğıdalı sahəsində sirli kosmik obyekt aşkar edildi















.jpg)
.jpg)



















