İdman
Futbol matçında dava: Vitse-prezident rəqiblə əlbəyaxa oldu
Tunis və Liviya milli komandaları arasında keçirilən futbol matçında xoşagəlməz hadisə yaşanıb. Tunis Futbol Federasiyasının vitse-prezidenti Hüseyn Cini ilə Liviya nümayəndə heyətinin üzvü arasında mübahisə əlbəyaxa davaya çevrilib.
Publika.az xəbər verir ki, hadisə 2027-ci il Afrika Millətlər Kubokunun seçmə mərhələsi çərçivəsində Sfaks şəhərində keçirilən Tunis – Liviya qarşılaşmasının fasiləsində baş verib.
Məlumata görə, ikinci hissə başlamazdan əvvəl futbolçular meydana daxil olarkən Hüseyn Cini mərakeşli baş hakim Həmzə əl-Fariqə etirazını bildirib. Bu zaman Liviya nümayəndə heyətinin üzvlərindən biri də mübahisəyə qoşulub. Tərəflər arasında əvvəlcə sözlü mübahisə yaranıb, daha sonra vəziyyət fiziki qarşıdurmaya keçib.
Hadisə stadionda olan şəxslərin mobil telefonları vasitəsilə lentə alınıb və görüntülər sosial şəbəkələrdə geniş yayılıb. Təhlükəsizlik əməkdaşlarının müdaxiləsindən sonra tərəflər bir-birindən ayrılıb və qarşılaşma davam etdirilib.
Qarşılaşmanın özü isə Liviya millisinin 2:0 hesablı qələbəsi ilə başa çatıb. Qonaqların ilk qolu fasilədən əvvəl Əli Yusifin penaltidən vurduğu zərbə ilə qeydə alınıb. İkinci hissədə isə Seyf Qəddurun ötürməsindən sonra Həmdü əl-Huni fərqi artırıb.
Bu nəticə Liviyanın final mərhələsinə vəsiqə uğrunda mübarizə şanslarını artırıb. Tunis isə üç oyundan sonra cəmi iki xal toplayaraq qrupda çətin vəziyyətə düşüb.
Qarşılaşmada baş verən insidentlə bağlı mümkün intizam tədbirləri və cəzalar isə diqqət gözləyir. (Qaynarinfo)
-
İdman21:12Futbol matçında dava: Vitse-prezident rəqiblə əlbəyaxa oldu
-
Sosial21:00Ramiz Mehdiyevin qızının vəkili həbs edildi
-
İdman20:36Dünya çempionu prezidentliyə namizəd oldu
-
Magazin120:12Rus müğənni Bakıda azərbaycanlı iş adamı ilə ailə qurdu
-
Nida Xəbər 18:48Azərbaycan FAMEX-ə dəvət edildi
-
Nəqliyyat18:36BDYPİ hava şəraiti ilə bağlı sürücülərə müraciət etdi - FOTO
-
İdman18:24“Real” ulduzu ilə müqaviləni uzatdı - Maaşı da artırıldı
-
Enerji18:12Azərbaycan nefti ucuzlaşdı18:15











.jpg)





















