İdman
Azərbaycan – Litva oyununun məkanı dəyişdirildi - Rəsmi
Azərbaycan və Litva milli komandaları arasında oktyabrın 4-də keçiriləcək qarşılaşmanın məkanı dəyişdirilib.
Publika.az xəbər verir ki, bu barədə AFFA məlumat yayıb.
Bildirilib ki, oyunun ilkin olaraq Gəncə şəhərində keçirilməsi ilə bağlı UEFA-nın müvafiq razılığı alınsa da tərəflər arasında aparılmış əlavə müzakirələr, eləcə də qarşılaşmanın təşkili ilə bağlı texniki və logistika məsələlərinin ümumi qiymətləndirilməsi nəticəsində qarşılaşmanın Bakıda keçirilməsi qərara alınıb.
"Məkan dəyişikliyi UEFA ilə də razılaşdırılıb.
Xüsusi olaraq qeyd edək ki, məkan dəyişikliyi Gəncə şəhərinin və stadionun qarşılaşmanı qəbul etməyə hazırlığı ilə bağlı deyil.
Gəncədə milli komandamıza böyük maraq göstərən və bu oyunu səbirsizliklə gözləyən azarkeşlərimizə anlayışlarına görə təşəkkür edirik. Milli komandalarımızın oyunlarının Bakıdan kənarda, ölkənin müxtəlif şəhər və bölgələrində keçirilməsi AFFA üçün bundan sonra da vacib istiqamətlərdən biri olaraq qalacaq", - məlumatda qeyd olunub.
-
Nəqliyyat18:36BDYPİ hava şəraiti ilə bağlı sürücülərə müraciət etdi - FOTO
-
İdman18:24“Real” ulduzu ilə müqaviləni uzatdı - Maaşı da artırıldı
-
Enerji18:12Azərbaycan nefti ucuzlaşdı18:15
-
Hadisə17:15Keçmiş rabitə və informasiya texnologiyaları nazirinə ağır itki üz verdi
-
Nida Xəbər 16:10Əli Kərimli erməni lobbisi tərəfindən niyə mükafatlandırıldı?
-
Magazin216:0513 min manatlıq çanta ilə poza verdi - FOTO
-
Region15:47Paşinyan: "Mən Ermənistanı Avropa İttifaqının tərkibində görürəm!"
-
Hadisə14:38Ordubadda qəzaya düşən deputatın vəziyyəti açıqlandı


































