İdman
Avropa “səyyah”ları - Yolu Azərbaycandan düşənlər də var
UEFA ən çox Avropa ölkəsində çalışmış məşqçilərin siyahısını açıqlayıb.
Publika.az xəbər verir ki, siyahıya hazırda həyatda olmayan Tomislav İviçlə vaxtilə ölkəmizdə "Xəzər Lənkəran"ı çalışdırmış Con Toşak başçılıq edir. Xorvat və uelsli mütəxəssislər Avropada nə az, nə çox, düz 9 ölkədə çalışıblar.
Siyahıda həmçinin 2010/11 mövsümündə Tovuzun "Turan" klubunu çalışdırmış Revaz Dzodzuaşvili (6 ölkə), "Bakı" (2007/09), "Simurq" (2010/11) və Azərbaycan millisində (2007) işləmiş Qyoko Hacievski (5 ölkə) həmçinin 2009-cu ildə Sumqayıt "Standart"ının "sükanı arxasında" olmuş Andrey Çernişov da (5 ölkə) var.
Siyahını təqdim edirik:
Tomislav İviç (9 - Xorvatiya, Hollandiya, Belçika, Türkiyə, İtaliya, Yunanıstan, Portuqaliya, Fransa, İspaniya);
Con Toşak (9 - İngiltərə, Portuqaliya, İspaniya, Uels, Türkiyə, Fransa, İtaliya, Makedoniya, Azərbaycan);
Bela Quttman (8 - Avstriya, Hollandiya, Macarıstan, Rumıniya, İtaliya, Kipr, Portuqaliya, İsveçrə);
Miroslav Blazeviç ( 7 - İsveçrə, Xorvatiya, Serbiya, Fransa, Yunanıstan, Sloveniya, Bosniya və Herseqovina);
Lyupko Petroviç (7 - Xorvatiya, Serbiya, İspaniya, Yunanıstan, Avstriya, Bolqarıstan, Qazaxıstan);
Pak Çernai (7 - Almaniya, Belçika, Yunanıstan, Portuqaliya, Türkiyə, İsveçrə, Macarıstan);
Roy Hocson (7 - İsveç, İngiltərə, İsveçrə, İtaliya, Danimarka, Norveç, Finlandiya);
Artur Jorje (6 - Portuqaliya, Fransa, İsveçrə, İspaniya, Hollandiya, Rusiya);
Duşan Uhrin, ata ( 6 - Çexiya, Kipr, İsrail, İsveç, Gürcüstan, Slovakiya);
Sergey Borovski ( 6 - Belarus, Latviya, Moldova, Litva, Ukrayna, Qazaxıstan);
Revaz Dzodzuaşvili ( 6 - Gürcüstan, Ukrayna, Latviya, Rusiya, Qazaxıstan, Azərbaycan);
Mixay Stoykitsa ( 6 - Rumıniya, Bolqarıstan, Moldova, Türkiyə, Ermənistan, Kipr);
Covanni Trapattoni ( 5 - İtaliya, Almaniya, Portuqaliya, Avstriya, İrlandiya);
Laslo Boloni ( 5 - Fransa, Rumıniya, Portuqaliya, Belçika, Yunanıstan);
Andrey Çernişov (5- Rusiya, Gürcüstan, Belarus, Azərbaycan, Qazaxıstan);
Klaudio Ranyeri ( 5 - İtaliya, İspaniya, Fransa, Yunanıstan, İngiltərə);
Stuart Bakster (5 - İsveç, Norveç, Portuqaliya, İngiltərə, Finlandiya);
Qyoko Hacievski ( 5 - Makedoniya, Bolqarıstan, Serbiya, Yunanıstan, Azərbaycan);
Duşan Uhrin, oğul ( 5 - Çexiya, Rumıniya, Kipr, Gürcüstan, Belarus).
-
Sosial16:23
Parlament seçkiləri önə çəkilə bilər - Məzahir Pənahov
-
Nida Xəbər 15:48
Xəritə yayıldı: ermənilərin zəbt etdiyi bu ərazilər Azərbaycana təhvil verilir
-
Magazin115:26
Tələbələrimin hamısı yuxarıdan tapşırılır - VİDEO
-
İdman15:00
Bütün Avropa bu qızları axtarır - FOTOLAR
-
Sosial14:55
“İpoteka haqqında” Qanuna dəyişiklik edildi: Kimlərə sərfəli olacaq?
-
Hadisə14:08
Bakının mərkəzində özünü binadan atan 37 yaşlı kişi şirkət işçisi imiş - FOTOLAR
-
Sosial13:18
Azərbaycanda uşağa görə bu ailələrə 435 AZN pul veriləcək - RƏSMİ
-
Sosial13:06
Sabah yağış yağacaq, külək əsəcək - PROQNOZ