İdman
“Neftçi”nin 50 nömrəli “futbolçu”su - Nazim Süleymanov
Azərbaycan futbolunun canlı əfsanəsi Nazim Süleymanov üçün əlamətdar həftədir. Veteran hücumçu 50 illik yubiley ərəfəsindədir. Azərbaycanda və onun hüdudlarından kənarda möhrünü vurmuş Süleymanov eyni zamanda bir şəxsiyyət kimi cəmiyyətdə öz yerini tutub. Futbolçu kimi "Neftçi"də məşhurlaşan hücumçu Rusiya çempionatında da öz bacarığını göstərib.
Şimali Osetiyanın fəxri vətəndaşı, “Alaniya” tarixinin ən çox qol vuran legioneri olan Süleymanov “Xəzər Lənkəran”ın yaradıcılarındandır. “Xəzər Lənkəran”ın ilk baş məşqçisi kimi tarixə düşən Süleymanov “Neftçi”də həm futbolçu, həm də məşqçi kimi fəaliyyət göstərib.
Publika.az xəbər verir ki, Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev “Neftçi” və “Xəzər Lənkəran” klublarının oyunundan öncə “Bakcell Arena”da yubilyarı təbrik edib. Nazim Süleymanova xatirə hədiyyəsi təqdim olunub. Eyni zamanda, “Neftçi” klubunun vitse-prezidenti Elnur Məmmədov veteran hücumçuya 50 nömrəli futbolkanı və klubun digər atributlarını təqdim edib.
Qeyd edək ki, Süleymanovun yubileyi ilə bağlı tədbirlər davam edəcək. Yaxın günlərdə “Neftçi” və “Alaniya” klubunun veteranlarının oyununun təşkili nəzərədə tutulub.
Nazim Süleymanov 1983-cü ildən 1990-cı ilə qədər "ağ-qaralar"ın şərəfini qoruyub. O, məşqçi kimi fəaliyyətinə isə 2004-cü ildə "Xəzər Lənkəran"da başlayıb.
-
Dünya15:25
Liviyanın "Əsəd"i hərəkətə keçdi: Rusiya bu şəhərə qoşun göndərir
-
Dünya13:40
Trüdo baş nazir kreslosunu itirir - Görün nə ilə hədələyirlər
-
Sosial13:35
Polkovnik-leytenantın qızı Türkiyədə vəfat etdi
-
Sosial12:00
Adı ət olsa da... - Görün farş adı altında bizə nə yedirdirlər
-
Sosial11:30
Yeni qayda qüvvədə: Sələmi xatırladan kreditlərə son qoyulur?
-
Sağlamlıq10:50
Təzə və ya köhnə olduğu bilinməyən çərəzlər: Bizi hansı təhlükə gözləyir?
-
Rəsmi xronika10:20
İlham Əliyev Almaniya prezidentinə başsağlığı verdi
-
Art09:36
Azərbaycanda aktyor vəfat etdi - Foto