İdman
Ronaldo ilə bağlı yeni xəbər - Gələn il…
Portuqaliya millisinin hücumçusu Kriştiano Ronaldo baş məşqçi Xorxe Jesusla potensial münaqişəyə baxmayaraq, gələn il milli komandaya qayıda bilər.
Publika.az xəbər verir ki, bu barədə jurnalist Migel Pereyra “talkSPORT” üçün şərhində məlumat verib.
Ronaldo, Jesus ilə fikir ayrılıqları səbəbindən Portuqaliya millisinin düşərgəsini erkən tərk edib. Daha sonra o, qərarının səbəblərini vaxtında açıqlayacağını bildirdi.
“Ronaldo həqiqətən də Portuqaliya millisində son qolunu Pele kimi möhtəşəm şəkildə vurmaq istəyir. Düşünürəm ki, Ronaldo mövsümün sonunda Portuqaliya millisində 1000-ci qolunu vurmağa ümid edir.
Ronaldo bu mövsüm “Əl-Nəsr”də asanlıqla 15-20 qol vuracağını gözləyirdi, amma o, həqiqətən də özünü, eqosunu, milli komandadakı tarixini qeyd etmək istəyir. Və mən hələ də bunun baş verəcəyini düşünürəm.
Amma hazırda mən həqiqətən inanıram ki, Kriştiano ilə Jesusun ətrafı arasında əlaqələr qurulur. Bundan əlavə, Portuqaliya Futbol Federasiyası Kriştiano ilə çox maraqlanır, çünki onun yaratdığı ajiotaj var. İnanıram ki, Kriştiano gələn il “son rəqsi” üçün Portuqaliya millisinə qayıdacaq”, – deyə Pereyra bildirib.
Kriştiano karyerası ərzində rəsmi oyunlarda 979 qol vurub.
-
Qoroskop00:45Günün ulduz falı: Kiçik detalları gözdən qaçırmamağa çalışın
-
Dünya22 Noyabr 18:36300 işçinin çalışdığı şirniyyat fabriki külə döndü: Ölənlərin kimliyi DNT ilə müəyyən ediləcək - Yeniləndi
-
İdman22 Noyabr 16:58Polis keçmiş xokkeyçini güllələyərək öldürdü
-
MDB22 Noyabr 15:30Bir gündə mindən çox döyüşçü itirdilər
-
Magazin222 Noyabr 15:03Məşhur müğənni çayxanada konsert verdi, polis obyekti bağladı - VİDEO
-
Sağlamlıq22 Noyabr 14:27Bahalı kürüyə pul xərcləməyə dəyərmi? – Həkimdən vacib tövsiyə
-
Əmlak22 Noyabr 14:00Talıbovun 73 milyonluq villası üzə çıxdı - FOTO
-
MDB22 Noyabr 12:56Toyda atəş açdı, 4 nəfər saxlanıldı - VİDEO















.jpg)


















