İdman
Portuqaliya UEFA Millətlər Liqasının 1/4 finalına vəsiqə qazandı
Portuqaliya millisi UEFA Millətlər Liqasının qrup mərhələsinin dördüncü turunda Norveçi 2:1 hesabı ilə məğlub edərək dörddəbir finala vəsiqəni təmin edib.
Publika.az xəbər verir ki, Portuqaliya yığmasının heyətində qolları Joao Kanselo (38-ci dəqiqə) və Qonsalo Ramos (79) vurub. Norveçin yeganə qoluna isə Kristoffer Ayer (36) imza atıb. Portuqaliyalı Fransisku Konseysao 86-cı dəqiqədə meydandan qovulub.
Bu qələbədən sonra 12 xala çatan Portuqaliya 4-cü qrupda liderliyini qoruyub və dörddəbir finala yüksələn ilk komanda olub. Norveç 3 xalla sonuncu pillədədir. Danimarka 6 xalla ikinci, Uels isə 3 xalla üçüncü yerdə qərarlaşıb.
Növbəti turda Portuqaliya noyabrın 14-də Danimarkanı qəbul edəcək. Eyni gün Norveç Uelslə qarşılaşacaq.
Qeyd edək ki, Elit Divizionun hər qrupunda ilk iki yeri tutan komandalar dörddəbir finala vəsiqə qazanır.
-
Sosial04:44Bu rayonun əksər əraziləri işıqsız qaldı
-
İdman02:12Antonelli avtomobili taxta darvazaya çırpdı – VİDEO
-
Magazin101:30Rafet El Roman azərbaycanlı nişanlısı ilə - FOTO
-
Kriminal00:45Tovuzda kütləvi dava: Ölən və yaralanan var - YENİLƏNDİ
-
Qoroskop00:15Günün ULDUZ FALI - Onların bu davranışı sizi hövsələdən çıxara bilər
-
Magazin100:00"Qızımı belə böyütməməli idim" - Sənubər İsgəndərli
-
Rəsmi xronika24 Oktyabr 23:36İnfantinodan Prezidentə xatirə hədiyyələri - FOTO
-
Sosial24 Oktyabr 22:24Türkiyənin Gəncədəki baş konsulu köməkçisi ilə nişanlandı






.png)




























