Yaxın Şərqəki amerikalılara kritik xəbərdarlıq - Təhlükə artır, ayıq-sayıq olun
Bizi izləyin

Yaxın Şərq

Yaxın Şərqəki amerikalılara kritik xəbərdarlıq - Təhlükə artır, ayıq-sayıq olun

Yaxın Şərqəki amerikalılara kritik xəbərdarlıq - Təhlükə artır, ayıq-sayıq olun

ABŞ-ın İsraildəki səfirliyi Yaxın Şərq ölkələrində olan ABŞ vətəndaşlarını təhlükəsizlik təhdidlərinin artması barədə xəbərdar edib.

Publika.az xəbər verir ki, bu barədə diplomatik nümayəndəliyin saytında məlumat verilib.

Bəyanatda bildirilir ki, İranın dəstəklədiyi husilərin silahlı hücumlar törətmək təhlükəsinin artması və İranın regiondakı ABŞ obyektlərinə hücum cəhdləri ilə əlaqədar Yaxın Şərqdəki amerikalılar daha yüksək sayıqlıq nümayiş etdirməlidirlər. Onlar mümkün xəbərdarlıqlara, uçuşların ləğvinə və hava məkanının bağlanmasına hazır olmalı, həmçinin fövqəladə hallar üçün əvvəlcədən fəaliyyət planları hazırlamalıdırlar.

Noyabrın 11-də "Financial Times" qəzeti pərakəndə satış şəbəkələrinin məlumatlarına istinadla yazıb ki, ABŞ və İran arasında müharibənin səbəb olduğu inflyasiya fonunda Fars körfəzi ölkələrinin sakinləri qeyri-ərzaq məhsullarına və dəbdəbəli əşyalara çəkdikləri xərcləri azaldırlar.

Hüseyn İbadlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm