İdman
Hədəfimiz qrupa düşməkdir - “Turan”ın baş məşqçisi
Çempionlar Liqasında təcrübəli voleybolçularla çıxış etmək daha doğrudur.
Publika.az xəbər verir ki, bu barədə “Turan” voleybol komandasının baş məşqçisi Ziya Rəcəbov bölgə təmsilçisinin mətbuat xidmətinə açıqlamasında deyib.
O, CEV Çempionlar Liqasında Xorvatiya təmsilçisi “Mladost”a (Zaqreb, Xorvatiya) qarşı keçirəcəkləri oyundan əvvəl fikirlərini bölüşüb:
“Avropada təlim-məşq toplanışı qənaətbəxş oldu. İtaliya və Yunanıstan klubları, sonda isə “Fənərbaxça” ilə yoldaşlıq görüşləri keçirdik. Hazırlıq zamanı həm Bakıda, həm də Tovuzda yoxlama oyunları keçirməyimiz nəzərdə tutulub. Təcrübəli voleybolçulardan ibarət heyətin toplanması mənim seçimim idi. Çempionlar Liqasında təcrübəli oyunçularla çıxış etməyin daha doğru olduğunu düşünürəm. Təcrübə hər zaman sözünü deyir”.
Rəcəbov onları gərgin oyunun gözlədiyini vurğulayıb:
“Rəqib çox təcrübəlidir və uzun illərdir fəaliyyət göstərir. Çətin qarşılaşma olacaq. Hədəfimiz mərhələni keçmək və eyni zamanda qrupa düşməkdir”.
“Turan” CEV Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində Xorvatiya təmsilçisi “Mladost” (Zaqreb) ilə görüşəcək. İlk qarşılaşma oktyabrın 20-də Tovuz Olimpiya İdman Kompleksində keçiriləcək. Görüş saat 19:00-da başlayacaq.
-
Hadisə16:16Müslüm Qurbanov vəfat etdi
-
Avropa15:37Avropada nə baş verir: Böhran daha da dərinləşə bilər - TƏHLİL
-
Avropa15:15Niderlandda sovet abidəsi ikinci dəfə təhqir edildi
-
Magazin215:06Sosial şəbəkələr bu fotonu danışır: 57 yaşlı ulduz tam soyundu - Foto
-
Avropa14:57Almaniya DİN-dən iğtişaşlara görə sərt cəza vədi
-
İdman14:48“Kəpəz”də qalmaqal: Mühafizə xidmətinin rəisi veteran futbolçunu döydü
-
MDB14:30Zelenski: "Biz Putinlə Türkiyədə görüşü dəstəkləyirik"
-
Hadisə13:45Bakıda jurnalisti döyən mühafizəçi saxlanıldı

































.jpg)
