İdman
İtaliya futbolunda 95 ildən sonra rekord
İtaliya millisinin gənc hücumçusu Françesko Pio Esposito tarixi göstəriciyə imza atıb.
Publika.az xəbər verir ki, 21 yaşına çatmamış milli komandada 7-ci qolunu vuran “İnter”in forvardı bu göstərici ilə İtaliya futbolunun əfsanəsi Cüzeppe Meazzanın 95 il əvvəl müəyyənləşdirdiyi rekorda şərik olub.
Esposito UEFA Millətlər Liqasının 4-cü turunda Türkiyə ilə keçirilən qarşılaşmada fərqlənib. Bolonyadakı Renato Dall’Ara stadionunda baş tutan görüşdə İtaliya 3:1 hesabı ilə qalib gəlib.
Matça ehtiyat oyunçular skamyasında başlayan 20 yaşlı hücumçu 55-ci dəqiqədə Canluka Skamakkini əvəzləyib. Esposito meydana daxil olduqdan sonra qol vurmaq üçün uzun müddət gözləməyib və 87-ci dəqiqədə komandasının üçüncü qolunu rəqib qapısından keçirib.
Opta-nın məlumatına əsasən, bu qol Espositonun İtaliya millisində 21 yaşına çatmadan vurduğu 7-ci qol olub. Beləliklə, o, milli komanda tarixində 21 yaşından əvvəl bu rəqəmə çatan cəmi ikinci futbolçu olub.
Bu göstəriciyə ilk dəfə 25 yanvar 1931-ci ildə Cüzeppe Meazza nail olub. Əfsanəvi hücumçu həmin vaxt 20 yaş 155 günlük idi və milli komandada 7-ci qolunu vurmuşdu.
Beləliklə, Esposito 95 ildən sonra Meazzanın rekordunu təkrarlayıb və İtaliya millisinin yeni nəsil hücumçuları arasında diqqətçəkən göstəriciyə sahib olub.
Türkiyə üzərində qələbədən sonra İtaliya A qrupunda xallarını 7-yə çatdıraraq ikinci pilləyə yüksəlib. “Mavi forma”lılar lider Fransadan 3 xal geri qalır. Belçika 6 xalla üçüncü, Türkiyə isə xalsız sonuncu sırada qərarlaşıb.
-
Ekopublika.az05:45Bakının bu ərazilərində ucuz mənzillər satılır - Video
-
Qoroskop02:19Günün ulduz falı: İş yükü sizdə zehni gərginlik yaradacaq
-
İdman02:00“Qızıl top”un qalibləri kimlər oldu? - Siyahı
-
Nida Xəbər 01:40Azərbaycanın “arzuolunmaz şəxs” elan etdiyi Türkiyə vətəndaşı İstanbulda saxlanıldı
-
Nida Xəbər 26 Oktyabr 21:51“Qardaşlığımıza dinamit qoymaq istəyənlərin qarşısında birlikdə dayanacağıq” - Ərdoğandan sərt mesaj
-
Nida Xəbər 26 Oktyabr 19:00Bu işçilərin vəzifə maaşları təsdiqləndi - Cədvəl
-
Hadisə26 Oktyabr 18:40Bakıda deputatın oğlunun iştirak etdiyi qətllə bağlı daha iki nəfər həbs edildi - Yeniləndi
-
Elm və təhsil26 Oktyabr 18:20Məktəblərdə hər şagirdə düşən illik xərc müəyyən edildi - Məbləğlər açıqlandı































