İdman
Avropada futbol həyəcanı: Messi Ronaldoya yaxınlaşdı, almanlar “ağlını itirdi”, Fransada liderləri incitdilər
Avropa növbəti futbol həftəsini geridə qoydu. Turlar ötdükcə çempionluq mübarizəsinin qızışdığı vaxtda İngiltərə geridə qalan həftəsonunu kubok oyunlarıyla yola verdi.
Bundesliqa
Almaniyada turun mərkəzi oyunu sayıla biləcək iki nümunə göstərmək olardı. Amma biri zay çıxdı. “Hamburq” bu gün “Bavariya”nın qarşısında çox cılız rəqib kimi görünür. “Dinozavrlar”ın qapısına 8 cavabsız qol vuran münhenlilər ikinci dövrənin əvvəlindəki qısa böhranın aradan qalxdığını göstərdi. “Bavariya” Çempionlar Liqasının 1/8 final mərhələsində Lvovdakı sabahkı “Şaxtyor”la qarşılaşmaya əla əhval-ruhiyyədə yollanıb.
“Bayer” - “Volfsburq” qarşılaşması mövsümün ən məhsuldar oyunları siyahısına daxil oldu. Həm də azarkeşlər nəfəs kəsən, dramatik matç izlədi. 3:0 bitən ilk hissə, 72-ci dəqiqədə hesabın 4:4 olması və 94-cü dəqiqədə gələn qələbə qolu... Sadəcə şedevr oyunlardan biri.
Dortmund “Borussiya”sının da ardıcıl ikinci qələbəsi diqqət çəkdi. Meydan sahibləri fasiləyə məğlub durumda yollansa da, ikinci hissədə ssenari dəyişdi.
Bundesliqa, 21-ci tur
13 fevral
Borussiya D - Maynts 4:2
Subotiç, 50. Roys, 55. Obameyanq, 71. Nuri Şahin, 75 - Soto, 1. Malli, 57.
14 fevral
Borussiya M - Köln 1:0
Xaka, 91.
Bayer - Volfsburq 4:5
Son, 57; 62; 67. Bellarabi, 72 - Dost, 6; 29; 63; 94. Naldo, 17.
Bavariya - Hamburq 8:0
Müller, 21-p; 55. Getse, 22; 89. Robben, 36; 47. Levandovski, 56. Riberi, 69.
Hoffenhaym - Ştutqart 2:1
Firmino, 31. Rudi, 93 - Sakai, 39.
Verder - Auqsburq 3:2
Lukimya, 17. Di Santo, 23-p. Selassie, 45 - Klavan, 22. Verner, 79.
Ayntraxt F - Şalke 1:0
Piazon, 65.
15 fevral
Herta - Frayburq 0:2
Klaus, 15. Filipp, 53.
Hannover - Paderborn 1:2
Marselo, 66 - Lakiç, 73. Meha, 79.
İspaniya
İspaniyada əsasən liderlərin mübarizəsi maraq dogurur. Bu turda onlardan biri büdrədi. “Atletiko” Viqoda “Selta”nın öhdəsindən gələ bilmədi. Bu itirilən xalların dəyəri finişdə daha çox hiss olunacaq.
“Real” və “Barselona”nın rahat qələbə qazanması heç kimi təəccübləndirmədi. Amma bir məsələ var. Ronaldonun ayağı bağlanıb. Son 5 oyunda aktivinə qol yaza bilməyən (iki oyunu cəza üzündən buraxıb) Kriştiano bombardirlər siyahısındakı böyük üstünlüyünü əldən verib. Artıq Messini Ronaldodan 2 top ayırır. Portuqaliyalının “susduğu” son beş turda Leo 10 qol vurub.
Azərbaycan millisinin üzvü Eddi İsrafilovun çıxış etdiyi "Qranada" "Altetik"i qəbul edib. Zədəsini sağaldandan sonra meydana çıxmayan yarımmüdafiəçinin adı bu oyunda da iştirak ərizəsinə salınmayıb.
La Liqa, 23-cü tur
13 fevral
Almeriya - Real Sosyedad 2:2
Verza, 5-p. Hemed, 40 - Aqirretçe, 27. Kanales, 48.
14 fevral
Sevilya - Kordoba 3:0
Kriçovyak, 38. Bakka, 44. İborra, 76.
Real M - Deportivo 2:0
İsko, 23. Benzema, 73.
Qranada - Atletik 0:0
Malaqa - Espanyol 0:2
Alvaro Qonzales, 42. Serxio Qarsiya, 93.
15 fevral
Valensiya - Xetafe 1:0
Neqredo, 71.
Barselona - Levante 5:0
Neymar, 17. Messi, 38; 59; 65-p. Suares, 75.
Rayo Valyekano - Vilyarreal 2:0
Alberto Bueno, 51. Kakuta, 69.
Selta - Atletiko 2:0
Nolito, 59-p. Orelyana, 72.
“Eybar” - “Elçe” qarşılaşması bu gün keçiriləcək.
İtaliya
A seriyasında nə baş verdiyini heç kim anlamır. “Yuventus” xal itirir, “Roma” bundan faydalana bilmir, “Napoli” ümumiyyətlə, məğlubiyyətə uğrayır, “Milan” yenə qələbə qazana bilmir. Nə baş verir? Bircə “İnter”in dirçəlişi diqqət çəkir. Yanvardakı transfer siyasəti sayəsində Roberto Mançini komandanı dirçəldə bilib. Bu gedişlə “Neradzurra” avrokubok zonasına qayıda bilər.
Seriya A, 23-cü tur
14 fevral
Sassuolo - Fiorentina 1:3
Berardi, 67 - Salah, 30. Babakar, 32; 63.
Palermo - Napoli 3:1
Lazaar, 14. Vasqes, 36. Riqoni, 65 - Qabbiadini, 82.
15 fevral
Milan - Empoli 1:1
Destro, 40 - Makkarone, 68.
Roma - Parma 0:0
Atalanta - İnter 1:4
Morales, 28 - Şaqiri, 3-p. Quarin, 37; 63. Palasio, 72.
Cenoa - Verona 5:2
Aqostini, 10. Nianq, 12; 30. Bertolaççi, 65. Perotti, 86 - Toni, 20; 57.
Torino - Kalyari 1:1
El Kaduri, 35 - Donsah, 34.
Udineze - Latsio 0:1
Kandreva, 23-p.
Kyevo - Sampdoriya 2:1
İzko, 2. Meqqiorini, 39 - Muriel, 91.
Çezena - Yuventus 2:2
Dyuriç, 17. Brienza, 70 - Morata, 27. Markizio, 33.
Fransa
Fransada da liderlər uğursuzluqla yadda qalıb. Çempionluq uğrunda mübarizə aparanlar sanki heç-heçə oynayacaqlarına söz veriblər. Əvvəl “Marsel” xal itirib, sonra PSJ “Kan”la dramatik keçən qarşılaşmada qələbəni əldən verib. Belə ki, son dəqiqələrdə əvəzetmə limiti dolduğundan zədələnən futbolçuların yerini doldura bilməyən PSJ matçı 9 nəfərlə başa vurmalı olub. Elə qələbəni də məhz azlıqda qalandan sonra əldən verib. Turun son qarşılaşmasında isə lider “Lion” xal itirib.
Liqa 1, 25-ci tur
13 fevral
Marsel - Reyms 2:2
Payyet, 58. Ayyu, 69 - De Preville, 6. NQoq, 90.
14 fevral
PSJ - Kan 2:2
İbrahimoviç, 2. Lavessi, 40 - Sala, 89. Bazile, 92.
Lans - Evyan 0:2
Duhamel, 19; 35.
Lill - Nitsa 0:0
Nant - Bastiya 0:2
Sio, 30. Ayite, 75.
Tuluza - Renn 2:1
Trexo, 9. Pesiç, 84 - Toyvonen, 82.
15 fevral
Bordo - Sent-Etyen 1:0
Rolan, 42.
Mets - Genqam 0:2
Mandanne, 27. Pied, 40.
Loryan - Lion 1:1
Ayyu, 50 - N Jie, 78.
Türkiyə
Türkiyədə ciddi dəyişiklik baş vermədi. “Fənərbaxça” səfərdə rahat qələbə qazandığı halda, “Beşiktaş” dogma meydanda xeyli əziyyət çəkdi. Rəqib də sıradan deyildi. Amma “Qartallar” zirvədəki yerini qoruya bildi. “Qalatasaray” isə bu gün axşam meydana çıxacaq.
Superliqa, 20-ci tur
14 fevral
Karabükspor - Kasımpaşa 0:0
Akhisar - Ərciyəsspor 1:0
Duqlao, 75.
Qaziantepspor - Fənərbaxça 0:5
Emenike, 8. Kuyt, 58. Sou, 60; 68. Emre, 73.
15 fevral
Konyaspor - Sivasspor 0:1
Mehdi, 49.
Rizəspor - Mersin 0:4
Marko Futaks, 7; 86. Nakulma, 49.
Beşiktaş - Bursaspor 3:2
Demba Ba, 23; 95-p. Gökhan Töre, 88 - Sedrik Bakambu, 12. Ozan Tufan, 90.
Trabzonspor - Başakşəhər 3:2
Mehmet Ekici, 15. Sefa Yılmaz, 24. Özər Hurmacı, 53 - Mahmut Tekdemir, 18. Edin Viska, 26.
“Gənclərbirliyi” - “Əskişəhərspor” və “Qalatasaray” - “Balıkəsirspor” oyunları bu gün keçiriləcək.
-
Dünya14:01
Sensasion iddia: Asiyada müharibə bu paslı gəmiyə görə başlayacaq - FOTO
-
Nida Xəbər 13:32
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Nida Təhlil 13:10
Türkiyə hərbçiləri Qarabağa niyə gətirilmişdi? - Əliyevin strateji planı
-
Sosial12:58
Sabah 32 dərəcə isti olacaq
-
Nida Xəbər 12:16
XİN Avropa Parlamentinə cavab verdi
-
Nida Xəbər 10:29
Qriqoryan İrana hesabat verdi: Delimitasiya ilə bağlı
-
Nida Təhlil 09:26
Füzulidən Berlinə uçuş: Əliyevin təyyarəsi niyə Qarabağdan qalxdı?
-
Sosial08:42
Azərbaycanda general vəfat etdi