İdman
Sabah Azərbaycan derbisi var
Sabah Azərbaycan Premyer Liqasının XXIII turunda “Neftçi” öz evində “Qarabağ” komandasını qonaq edəcək. “Bakcell Arena”da baş tutacaq matçı hakim Əliyar Ağayev idarə edəcək. Görüş saat 19:00-da keçiriləcək.
Cari mövsümdə çempionluq mübarizəsinin böyük ölçüdə həll olunduğunu nəzərə alsaq, budəfəki qarşılaşmanın turnir cədvəli baxımından yalnız “Neftçi” üçün əhəmiyyət kəsb etdiyini düşünə bilərik. Amma söhbət Azərbaycan derbisindən gedirsə, burada turnir cədvəli, komandaların hazırki vəziyyəti, hansı məqsədə qulluq etməsi önəm daşımır. Sabah dramatik, gərgin və maraqlı oyun izləyəcəyimiz dəqiqdir. Hər iki komanda qələbə üçün meydana çıxacaq. Bunu hər iki tərəfin nümayəndələrinin açıqlamalarından da hiss etmək mümkündür.
Publika.az-a danışan “Qarabağ”ın mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimov komandadakı durumun yaxşı olduğunu dedi:
“Komandada hər şey qaydasındadır. Cəzalı futbolçumuz yoxdur, zədəlimiz təkcə Çumbinyodur. Bu gün də məşqə çıxacağıq. Saat 16:00-da “Bakcell Arena”da məşqimiz olacaq”.
“Neftçi”nin mətbuat xidmətinin rəhbəri Gündüz Abbaszadə də komandalarında zədəli futbolçunun olmadığını və komandada ab-havanın yüksək olduğunu söylədi:
“Komandada vəziyyət yaxşıdır. Bu gün futbolçular oyun öncəsi son məşqlərinə çıxır. Zədəli və cəzalı oyunçumuz yoxdur”.
Turun mərkəzi görüşünə "Ladies of "Qarabağ" da laqeyd qalmayacaq. Belə ki, Ağdam klubunun xanım fanatları "Neftçi" ilə oyunda öz komandalarına stadiondan dəstək verməyi qərara alıblar.
Aygün İlqarqızı
-
Magazin120:36
"Həcim olsaydı, dərdim nə idi?" - Müğənnidən qalmaqallı açıqlama - VİDEO
-
MDB19:50
Rusiyadan Qərbə xəbərdarlıq
-
Magazin119:40
Nadirin səhhətində problem yarandı - AÇIQLAMA
-
Ekologiya18:45
Hava ilə bağlı XƏBƏRDARLIQ
-
Nida Xəbər 18:15
Ermənistanla sərhəddə 40 dirək quraşdırıldı
-
Sosial17:38
Bakı dünyanın İdman Paytaxtı seçildi
-
İdman16:48
Qazaxıstanlı milyarder İngiltərədə klub aldı
-
Region15:59
Nazir müavininin oğluna 7 il həbs cəzası verildi