İdman
Ukraynadan ölkəmizə 3 qızıl, 4 gümüş, 5 bürünc gətirildi
Ukraynanın Krivoy-Roq şəhərində yeniyetmə və gənc qızlar arasında ənənəvi beynəlxalq turnir keçirilib.
Publika.az xəbər verir ki, turnirdə iştirak edən yeniyetmə və gənc qızlardan ibarət yığma komandamız uğurlu çıxışı ilə yadda qalıb. Böyük məşqçi Həsrət Məmmədyarovun rəhbərliyi altında yeniyetmələrin yarışında mübarizə aparan qızlarımız 1 qızıl, 2 gümüş və 2 bürünc medala sahib olub. Aynurə Camalova (40 kq) qızıl, Ülkər Babayeva (44 kq) və Leyla Qurbanova (51 kq) gümüş, Sona Tumarxanova (48 kq) və Şəbnəm Əhmədova (55 kq) isə bürünc medala yiyələnib.
Gənc qızlarımız isə böyük məşqçi Yaqub Məmmədovun rəhbərliyi altında yarışıb. Gənc qızlar 2 qızıl, 2 gümüş və 3 bürünc medal qazanıb. Qızıl medalları yığmamıza Anna Pavliv (48 kq) və Alyona Kolesnik (55 kq), gümüş medalları Türkan Nəsirova (48 kq) və Almaz İsmayılova (55 kq) qazandırıb. Sahilə Ələkbərova (44 kq), Arzu Əliyeva (51 kq) və Dərya Korin (59 kq) isə bürünc medalla kifayətlənib.
Beləliklə, yeniyetmə və gənc qızlardan ibarət yığmamız ümumilikdə 3 qızıl, 4 gümüş və 5 bürünc medal qazanıb.
-
Dünya12:01
İngiltərə Ukraynaya “yaşıl işıq” yandırdı: Bizim silahlarla Rusiyanı vur
-
Nida Xəbər 11:04
Bu xəstəxananın vəzifəli şəxsləri SAXLANILDI - Görün nə qədər vəsait mənimsəyiblər
-
Magazin109:51
“Çörək tapmamışıq, anam qonşuya yemək üçün yalvarıb” - Aysundan etiraf
-
Cənubi Qafqaz09:21
İrəvan Almatıda Bakıya təslim olacaq – Ermənistanda nədən qorxurlar? - VİDEO
-
İdman09:00
Ronaldo ilk futbol klubunu 117 milyon dollara SATDI
-
Sosial07:17
Bu gün yağış yağacaq, külək əsəcək - PROQNOZ
-
Avropa06:46
Bu qadın 32,9 kq çəkisi olan sazan tutaraq REKORD QIRDI - VİDEO
-
ABŞ06:16
Ərdən DƏHŞƏTLİ ƏMƏL: arvadını diri-diri basdırdı, 12 saat...