“Skayp”da bir saata 500 dollar qazanan oğlanlar var - FOTOLAR
Bizi izləyin

İdman

“Skayp”da bir saata 500 dollar qazanan oğlanlar var - FOTOLAR

Ulisessi tanıyırsız? Yəqin ki, çoxunuz yox. Bədəni inkişaf etdirmənin, idmanın dünyadakı ən böyük “ikona”larından biri sayılır.

Ulisessin bədəninə baxmaq üçün onun sosial şəbəkələrdə minlərlə, yüzminlərlə təqibçisi var. O, əzələ yığmaq üçün heç bir dərmandan istifadə etmədiyini desə də, buna çox az adam inanır. Məgər belə bir bədənə sadəcə məşqlə sahib olmaq mümkündürmü?

Ulisess Nyu-Yorkda dünyaya göz açıb. Özü də fitness müəllimidir. Əzələlərinin mükəmməlliyini göstərməyin onun üçün bir həyat tərzi olduğunu deyir. O, bu cür bədənə sahib olmaq üçün illərlə əziyyət çəkməyin vacibliyini də bildirir.

“Musclemania World Pro” və “SuperBody Pro” çempionluqları olan Ulisess bədəniylə yaxşıca pul qazanır. Necə? Məsələ burasındadı ki, bu “əzələ yığımı” ilə “Skayp”da danışmağa görə heyranları əməlli-başlı xərcə düşür. Ulisesslə “Skayp”da yarım saat söhbətə görə 300, bir saat danışığa görə isə 500 dollar ödəmək lazımdır! Həmçinin, əzələ yığmağa peşəkar şəkildə yanaşmaq istəyənlər də qəhrəmanımızdan məsləhətlər alırlar ki, bu da pulsuz deyil...

Oxumağa davam et
Reklam
Reklam

Gündəm