“Qarabağ” ispan futbolçu ilə müqaviləni bu gün bağlamayacaq?
Bizi izləyin

İdman

“Qarabağ” ispan futbolçu ilə müqaviləni bu gün bağlamayacaq?

İspan futbolçu Dani Quintana "Qarabağ"la müqavilə imzalamaq üçün bu gün Bakıya gəlib.

Bununla bağlı “Qarabağ”ın mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimovla əlaqə saxladıq. Publika.az-a danışan klub rəsmisi müqavilənin növbəti iş gününə saxlana biləcəyini də dedi:

“Müqavilə növbəti günə də saxlanıla bilər. Öncə müqavilənin şərtləri müzakirə ediləcək. Onu da bildirim ki, sazişə mane olacaq heç bir problem yoxdur”.

Qeyd edək ki, klubun direktoru Əmrah Çəlikəl mətbuata verdiyi açıqlamada futbolçu ilə 3 illik müqavilə bağlamaq istədiklərini dilə gətirmişdi:

“Biz hər bir futbolçu ilə ən azı üç illik müqavilə imzalayırıq. Quintananı da qarşıdakı üç ildə heyətimizdə görmək istəyirik”.

Onu da bildirək ki, ispan futbolçu bu mövsüm “Qarabağ”da rəsmi oyuna çıxa bilməyəcək. Çünki o, cari mövsüm iki klubda çıxış edib, üçüncü klubda oynaması mümkün deyil.

Aygün İlqarqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm